Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qurban Yusif oğlu Yusifzadə (1913, Naxçıvan, İrəvan quberniyası – 4 iyun 1982) — Azərbaycan jurnalisti və dövlət xadimi, professor (1967), Azərbaycan SSR Dövlət

Qurban Yusifzadə

Vikipediya, azad ensiklopediya
Qurban Yusifzadə
Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri
29 yanvar 1970 – 4 iyun 1982
Əvvəlkiİmran Mirzəyev
SonrakıElşad Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1913(1913)
Doğum yeri
Vəfat tarixi 4 iyun 1982(1982-06-04) (68–69 yaşında)
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1944–1982)
Təhsili
  • Azərbaycan Dövlət Universiteti (1941),
  • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası (1953)
Fəaliyyəti redaktor, pedaqoq
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə üzrə fəlsəfə doktoru[d] (1953-cü ildən)
Elmi adı
  • professor (1967-ci ildən)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Qurban Yusif oğlu Yusifzadə (1913, Naxçıvan, İrəvan quberniyası – 4 iyun 1982) — Azərbaycan jurnalisti və dövlət xadimi, professor (1967), Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (1970–1982), Azərbaycan SSR Ali Sovetinin 8–10-cu çağırış deputatı.

Həyatı

Qurban Yusif oğlu Yusifzadə 1913-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1931-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra kənd məktəbində müəllimlik etmiş, jurnalistika ilə məşğul olmuş, 1932-ci ildə "Şərq qapısı" qəzetinin şöbə müdiri təyin edilmişdir.

1941-ci ildə Azərbaycan Dövlət Universitetini bitirən Qurban Yusifzadə uşaq-gənclər nəşriyyatının direktoru, sonra isə baş redaktoru vəzifələrində işləmişdir. 1942–1944-cü illərdə o, SSRİ Xalq Müdafiə Komissarlığı hərbi nəşriyyatının Zaqafqaziya cəbhəsi yanında nəşriyyat redaktoru olmuşdur. 1947–1950-ci illərdə "Təbliğatçı", "Azərbaycan" jurnallarının məsul katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifələrini tutmuşdur.

1953-cü ildə Qurban Yusifzadə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1953–1954-cü illərdə isə Bakı Ali Partiya Məktəbində işləmiş, bir çox illər ərzində burada marksizm-leninizm fəlsəfəsi kafedrasına başçılıq etmişdir. 1967-ci ildə ona professor adı verilmişdir. Filosof alim və jurnalist kimi o, 60-dan artıq əsərin müəllifi olmuşdur. 1970-ci ildən ömrünün axırınadək Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində işləmişdir.

Qurban Yusifzadə 1944-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü və KP Təftiş Komissiyasının üzvü seçilmiş, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X çağırış deputatı olmuşdur. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir.

Qurban Yusifzadə uzun sürət ağır xəstəlikdən sonra 4 iyun 1982-ci ildə vəfat etmişdir. İyunun 7-də Fəxri Xiyabanda dəfn olunmuşdur.

Həmçinin bax

  • Azərbaycan SSR hökuməti (1971–1975)
  • Azərbaycan SSR hökuməti (1975–1980)
  • Azərbaycan SSR hökuməti (1980–1985)
Üst