| kənd | |
| Qurdqulaq | |
|---|---|
| 39°40′06″ şm. e. 45°20′40″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Dərələyəz mahalı |
| Rayon | Keşişkənd rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı | UTC+4 |
| Qurdqulaq | |
Qurdqulaq, Boloraberd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğaqnadzor) rayonunda kənd.
Tarixi
Rayon mərkəzindən 4–5 km məsafədə, Arpaçayın sol qolu olan Qurdqulaq çayının sahilində yerləşir. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. Azərbaycan dilində qurd (canavar) və türk dillərində kulak "dərə", "çuxur", "çökək" (bax: Qulaqsız) sözlərindən ibarətdir. XIX əsrdə Kars əyalətində Kürd-kulax dağ adı ilə mənaca eynidir.
Toponimi
Toponim qurt //qurd türk etnoniminə "dərə, təpələr arasında düzənlik, təpə, yüksəklik" mənasında işlənən qulaq (kulak) sözünün birləşməsindən əmələ gəlmişdir. "Qurd tayfasına mənsub dərə, təpə yanındakı kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin 10.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Boloraberd (Qurd qala) qoyulmuşdur. XX əsrin əvvəllərinə aid mənbədə Kürd Kulaq kimidir1946-cı ildə kənd ermənicə Belorabert adlandırılmışdır.
Əhalisi
Kənddə 1873-cü ildə 336 nəfər, 1886-cı ildə 379 nəfər, 1897-ci ildə 470 nəfər, 1904-cü ildə 690 nəfər, 1914-cü ildə 760 nəfər, 1916-cı ildə 581 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalmış, sakinləri isə deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra onlar öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 64 nəfər azərbaycanlı, 248 erməni, 1931-ci ildə 66 nəfər azərbaycanlı, 301 erməni yaşamışdır. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, daha doğrusu 1923–25-ci illərdə köçürülmüşdür.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Şərur-Dərələyəz qəzasının kəndləri
- Vayots dzor mərzinin yaşayış məntəqələri