Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Quzanlı qəsəbəsi

40°09′31″ şm. e. 47°09′39″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Quzanlı
40°09′31″ şm. e. 47°09′39″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Bələdiyyə Quzanlı bələdiyyəsi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 85 m
Əhalisi
Əhalisi
  • 13.002 nəf.
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ0233
Nəqliyyat kodu 02
Xəritəni göstər/gizlə
Quzanlı xəritədə
Quzanlı
Quzanlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

QuzanlıAzərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Tarixi

Quzanlının tarixi adı "Sarıcalı-Quzanlı" olub. El arasında indiyə qədər elə adlanır. Kənd Qarabağda yaşamış böyük bir türk tayfasının adı ilə bu cür adlandırılmışdır. XX əsrin ikinci yarısında Sofulu, Sarıcalı (Cır Sarıcalı), Çaylı kəndləri Quzanlıya köçürülüb. Quzanlıda, Şahbəyli, Birinci Quzanlı, İkinci Quzanlı, Ana Quzanlı, Bala Quzanlı, Çaylı, Məmmədli və "Kommunist" adlanan məhəllələr mövcud olub.

1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyəsində yaşayırdı. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazini əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan/Kuzen/ kimi qeyd olunmuş tayfa adı ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan rayonu yaxınlığında adı çəkilən Kizan/Xizan/ qalasının adı da bu tayfanın adı ilə əlaqədardır.

Kənddə Dəlləkoğlu, Məmmədlilər, Mollahüseynli, Kərbalayi Abdulla, Əmrahovlar, Çaylı, Allahverənli, Sudhallaclı və s. nəsillər yaşayırlar.

Birinci Qarabağ müharibəsindən sonra Quzanlı kəndi uzun müddət cəbhə bölgəsində yerləşib.

1993-cü ildən bəri (Ağdam şəhərinin işğalından sonra) Quzanlı qəsəbəsi Ağdam rayonunun müvəqqəti mərkəzi kimi istifadə edilir.

Ağdam Ağsaqqallar Şurasının binası Quzanlı qəsəbəsinin mərkəzi meydanında fəaliyyət göstərir.

Azərbaycan Respublikasının 22 may 2007-ci il tarixli, 346-IIIQ nömrəli Qanunu ilə Ağdam rayonunun Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Quzanlı kəndinə qəsəbə statusu verilmiş, Quzanlı kənd inzibati ərazi dairəsi Quzanlı qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.

Ağdam rayonunun Quzanlı bələdiyyəsinin tarixi barədə bax: Quzanlı bələdiyyəsi

Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.

Tarixi abidələri

  • Soltanpud yaşayış yeri
  • Firudin bəy Aslanbəyovun evi

Əhalisi

1992-ci ildən etibarən burada məcburi köçkünlər də məskunlaşıb və hazırda Quzanlıda 18 minə qədər əhali yaşayır.

Tanınmış şəxsləri

  • Sədrəddin Ələsgərov - Sosialist Əməyi Qəhrəmanı.Ağdam rayon Ağsaqqallar Şurasının sədri
  • Mirzə Mehdi Sarıcalinski (3 fevral 1868-13 mart 1942) - Müəllim
  • Mirzə Saleh Axundov (II)
  • Ələsgər Məmmədli — Azərbaycanlı hüquqşünas.
  • Elman Cəfərli —jurnalist, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri.
  • Aydın Əliyev - Tanınmış həkim Radioloq.

İqtisadiyyatı

2006-cı ildə "Azərpoçt" DM üzrə Ağdam rayonu Quzanlı qəsəbəsində yeni poçtamt binası təmirdən sonra istifadəyə verilmişdir.

2008-cı ilin yanvarın 16-da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Avropa standartlarına uyğun olaraq Olimpiya kompleksinin açılışı olub.

7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılmışdır.

Şəkillər

Həmçinin bax

Üst