Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Quşlar kəndi rayondan 30 km. cənub-qərbdə Türyançayın sahilində Daşüz silsiləsinin ətəyindədir. Toponimikada qeyd edilib ki, Quşlar oykonimi qədimdə türk mənşəl

Quşlar (Qəbələ)

40°49′53″ şm. e. 47°37′10″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Quşlar
40°49′53″ şm. e. 47°37′10″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 548 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3631
Xəritəni göstər/gizlə
Quşlar xəritədə
Quşlar
Quşlar

QuşlarAzərbaycan Respublikasının Qəbələ rayonunun Quşlar kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Quşlar kəndi rayondan 30 km. cənub-qərbdə Türyançayın sahilində Daşüz silsiləsinin ətəyindədir. Toponimikada qeyd edilib ki, Quşlar oykonimi qədimdə türk mənşəli Kuş (quş) etnonimindən yaranmışdır. Hazırda burada 600 nəfər əhali yaşayır. 134 təsərrüfatı və 370 hektar yararlı torpağı var. Mərkəzi yolla arası 7 km-dir. Taxılçılıq və heyvandarlıqla yanaşı, kənd sakinləri yeni üzüm sahələrini də bərpa edirlər və bu məhsula meyil artdığından, 120 hektar sahədə yeni üzüm bağları salınıb. Bu da əhalinin bir qismi üçün yeni açılan iş yeri hesab edilir. Əhalinin dolanışığı istənilən səviyyədədir. Təsərrüfatlarda çalışan camaat mal-qaranın da sayını artırır və heç nədən korluq çəkmirlər. Kənddə orta məktəb, ictimai iaşə müəssisələri, mədəniyyət ocaqları və tibb məntəqəsi var. Qarşıdakı illərdə bir neçə yeni tikintilərin aparılması nəzərdə tutulub. Nümayəndəlik üçün yüksək səviyyədə bina inşa ediləcək. Kəndə qaz xəttinin çəkilməsi planlaşdırılır.

Toponimikası

  • Quşlar oyk., sadə.
  • Kürdəmir r-nunda kənd. Kürün sahilindədir. Keçmiş adı Quşilər olmuşdur,
  • Türyançayın sahilində, Daşüz silsiləsinin ətəyindədir. Tədqiqatçılar kəndin admı orta əsrlərdə Azərbaycanda məskunlaşmış türkdilli qara hunların bir qolunun adı ilə bağlı olduğunu göstərirlər.

Əhalisi

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 548 nəfər əhali yaşayır.

Həmçinin bax

Üst