Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qəmərli, Metsamor — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd.

Qəmərli (Üçkilsə)

40°04′17″ şm. e. 44°17′21″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
kənd
Qəmərli
40°04′17″ şm. e. 44°17′21″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Sərdarabad mahalı
Rayon Üçkilsə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 830 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.322 nəf. (1831, 1897, 1926, 1939, 1959, 1979, 1989, 2001, 2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qəmərli xəritədə
Qəmərli
Qəmərli

Qəmərli, Metsamor — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd.

Tarixi

Rayon mərkəzindən 8 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Gözlü Qəmərli olmuşdur.

Toponim qəmər (antik mənbələrdə kimmer) türk tayfa adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib «qəmər (kimmer) tayfasının yaşadığı kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Metsamor qoyulmuşdur.

Əhalisi

Kənddə 1831-ci ildə 127 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 347 nəfər, 1897-ci ildə 408 nəfər, 1904 - cü ildə 411 nəfər, 1914 - cü ildə 436 nəfər, 1916-cı ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmiş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.

İndi ermənilər yaşayır.

Üst