Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qəzvin xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Qəzvin şəhəri idi. Qərbdən Ərdəlan, şərqd

Qəzvin xanlığı

Vikipediya, azad ensiklopediya
Xanlıq
Qəzvin xanlığı
1747  1804
Paytaxt Qəzvin
Dil Azərbaycan dili, fars dili
Rəsmi dilləri Azərbaycan dili, fars dili
Din İslam
Əhalisi Azərbaycanlılar
İdarəetmə forması Mütləq monarxiya
Xan
  (1747-1764) Pənah xan Əmmarlı
   İbrahim xan Əmmarlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəzvin xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Qəzvin şəhəri idi. Qərbdən Ərdəlan, şərqdən Xalxal, cənubdan Kərəc və Həmədan xanlıqları ilə həmsərhəd idi.

Tarixi

Qəzvin hakimi Pənah xan Əmmərlu çoxsaylı bir qoşun tərtib edib şahlıq həvəsinə düşmüşdü. İlk öncə Təbrizi alıb, paytaxt etmək istəyirdi. Qoşunla gəlib, Təbrizin 6 ağaclığında oturaq etdi. Azad xan Əfqan Fətəli xan Araşlı-Avşara göstəriş verdi ki, 4 min nəfərlik qoşunla onu dəf etsin. Fətəli xan böyük şücaətlə, şəhamətlə onu yenib, darmadağın etdi.

Xanları

  • Pənah xan Əmmarlı (1747-1764)
  • Rüstəm xan Əmmarlı (1764- 1788), O, Tonekabun hakimi olmuşdu.
  • İbrahim xan Əmmarlı

Həmçinin bax

Üst