Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rövşən Hüseyn oğlu İbrahimov (20 avqust 1967, Siyəzən rayonu – 25 fevral 2019, Bakı) — Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (18 may 2018 – 24 fevral 2019)

Rövşən İbrahimov

Vikipediya, azad ensiklopediya
Rövşən İbrahimov
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı
18 may 2018 24 fevral 2019
Şəxsi məlumatlar
Doğum tarixi 20 avqust 1967(1967-08-20)
Doğum yeri
Vəfat tarixi 25 fevral 2019(2019-02-25) (51 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti

Təltifləri "Tərəqqi" medalı

Rövşən Hüseyn oğlu İbrahimov (20 avqust 1967, Siyəzən rayonu25 fevral 2019, Bakı) — Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (18 may 2018 – 24 fevral 2019).

Həyatı

Rövşən Hüseyn oğlu İbrahimov 20 avqust 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək "İnşaat mühəndisliyi" ixtisasına yiyələnmişdir.

1986–1988-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə 1991-ci ildən "AZNEFT" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestindəiş icraçısı olaraq başlamışdır.

ARDNŞ-də müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışmışdır.

fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləmişdir.

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən "TƏRƏQQİ" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvü idi.

24 fevral 2019-cu ildə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir.

Ailəli idi, 2 övladı var.

Mükafatları

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il sərəncamı ilə Azərbaycan neftçilərinin peşə bayramı və "Əsrin müqaviləsi"nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətinə görə Rövşən İbrahimov "Tərəqqi" medalı ilə tətif edilmişdir.

Üst