Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rübabə Xəlil qızı Muradova (22 mart 1933, Ərdəbil – 28 avqust 1983, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1971).

Rübabə Muradova

Vikipediya, azad ensiklopediya
Rübabə Muradova
Ümumi məlumatlar
Doğum adı Rübabə İşraqi
Doğum tarixi
Doğum yeri Ərdəbil, İran
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Yasamal qəbiristanlığı
Vətəndaşlığı İran İran→
SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1954—1983
Janr opera
Musiqi aləti vokal
Səs tembri messosoprano
Təhsili
  • Asəf Zeynallı adına Musiqi Məktəbi (1951–1955)
Mükafatları
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1971 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1956
  • "Şərəf nişanı" ordeni — 1959
Heydərbabaya salam

Rübabə Xəlil qızı Muradova (22 mart 1933, Ərdəbil28 avqust 1983, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1971).

Həyatı

Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil almışdır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olmuşdur,.

28 avqust 1983-cü ildə qaraciyər serozundan Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.

Əsas partiyaları: Leyli ("Leyli və Məcnun" – Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm" – Üzeyir Hacıbəyov), Xanəndə qız ("Koroğlu" — Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl" – Müslüm Maqomayev), Şahsənəm ("Aşıq Qərib" – Zülfü Hacıbəyli), Sənəm ("Gəlin qayası" – Ş. Axundova).

Mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 aprel 1971
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 6 noyabr 1956
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959

Filmoqrafiya

  • Muğamlar (film, 1965)
  • Ölümdən 24 saat əvvəl (veriliş, 2007)
  • Rübabə Muradova (film, 2007)
  • Üzeyir ömrü (film, 1981)
Üst