Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov (17 aprel 1940, Bakı – 5 fevral 2025) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (1989).

Rüfət Mir-Qasımov

Vikipediya, azad ensiklopediya
Rüfət Mir-Qasımov
Doğum tarixi 17 aprel 1940(1940-04-17)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 fevral 2025(2025-02-05) (84 yaşında)
Atası Mir Əsədulla Mirqasımov
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
İş yerləri
  • AMEA Fizika İnstitutu (1963–1965),
  • Birləşmiş Nüvə Araşdırma İnstitutu (1965-ci ildən)
Təhsili
  • Moskva Dövlət Universiteti

Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov (17 aprel 1940, Bakı5 fevral 2025) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (1989).

Həyatı

Rüfət Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində, akademik Mirəsədulla Mirqasımovun ailəsində anadan olub. Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

AMEA Fizika İnstitutunda (1963–1965) işləyib, 1965-ci ildən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna, Rusiya) aparıcı elmi işçi vəzifəsində çalışıb, sonra bir sıra xarici ölkələrin nüvə tədqiqatları mərkəzlərində elmi fəaliyyətini davam etdirib.

Fizika-riyaziyyat elmləri doktoru idi. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

2025-ci ilin fevralında vəfat edib.

Üst