Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rünoske Akutaqava (həmçinin Ryunosuke Akutaqava; 1 mart 1892[…], Tokio[d] – 24 iyul 1927[…]) — Yaponiya yazıçısı.

Rünoske Akutaqava

Vikipediya, azad ensiklopediya
Rünoske Akutaqava
yap. 芥川 龍之介
Doğum adı 新原 龍之介
Təxəllüsü 我鬼, 柳川 隆之助
Doğum tarixi 1 mart 1892(1892-03-01)[…]
Doğum yeri
  • Tokio[d], Tokio, Yaponiya
Vəfat tarixi 24 iyul 1927(1927-07-24)[…] (35 yaşında)
Milliyyəti yapon
Həyat yoldaşı Fumi Tsukamoto
Uşaqları Hiroşi (1920-1981), Takaşi (1922-1945), Yasuşi (1925-1989)
Atası Tosizo Niihara
Anası Fuku Niihara
Təhsili
  • Tokio Universiteti (1913-cü ildən)
Fəaliyyəti yazıçı, romançı, ssenarist, jurnalist, ədəbi tənqidçi, şair, hekayə yazıçısı[d], esseist
Fəaliyyət illəri 1914-1927
Əsərlərinin dili ingilis dili
İlk əsəri "Ronen" (老年) (1914)
Tanınmış əsərləri
  • Raşomon,
  • Sıx meşədə
Vikimənbənin loqosu Rünoske Akutaqava Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rünoske Akutaqava (həmçinin Ryunosuke Akutaqava; 1 mart 1892[…], Tokio[d]24 iyul 1927[…]) — Yaponiya yazıçısı.

Həyatı

1892-ci il iyuldə Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. 1915-ci ildə "Rasyamon darvazası" və "Burun" hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə "Magiya möcüzələri", "Bisey necə inanırdı", "Bir qisasın tarixçəsi", "Susanoo-no-mikoto, "Susanoo-no-mikoto ahıl çağlarında", "Tanrı Aqni", "Qəribə hekayət", "Xanım Rokunomiya", 1924-1927-ci illərdə "Sanemonun cinayəti", "Məktub parçası", "Momotaro", "At ayaqları", "Ölümdən sonra", "Karmen", "Suadamları ölkəsində", "Tanekonun kədəri", "Yuxu" və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı "İlğım" və "Dişli çarxlar" hekayələrində və "Səfehin həyatı" povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir.

Rünoske Akutaqava 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edib. 1935-ci ildə ədəbiyyat sahəsində Rünoske Akutaqava mükafatı yaradılmışdır.

Yaradıcılığı

Ən məşhur hekayələri: "Raşomon darvazası" (1915), "Burun" (1916), "Cəhənnəm əzabları" (1918) və "Sıx meşədə" (1922).

1950-ci ildə Rünoskenin "Raşomon darvazası" (1915) və "Sıx meşədə" (1922) hekayələri əsasında Akira Kurosavanın "Raşomon" filmi ekrana çıxmışdır.

Kitabları

Azərbaycan dilində

  • "Tanrıların istehzası" (2015, tərcüməçi: Rövşən Ramizoğlu)
  • "Qar dənəsi" (2024)

Filmoqrafiya

  1. Raşomon (film, 1950) / 羅生門
Üst