Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində “Korporativ hüquq” üzrə ma

Rəşad Tağıyev

  • Ana Səhifə
  • Rəşad Tağıyev

Rəşad Ənvər oğlu Tağıyev (8 mart 1981, Neftçala rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı.

Rəşad Tağıyev
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
14 sentyabr 2021-ci ildən
ƏvvəlkiAlimpaşa Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 8 mart 1981(1981-03-08) (45 yaş)
Doğum yeri
  • Neftçala rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Taras Şevçenko adına Kiyev Milli Universiteti
Fəaliyyəti dövlət xadimi, hüquqşünas, siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həyat və fəaliyyəti

Rəşad Tağıyev 08.03.1981-ci ildə anadan olub.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində “Korporativ hüquq” üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

12.03.2003-cü il tarixindən 02.04.2007-ci il tarixinədək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.

02.04.2007-ci il tarixindən 08.11.2013-cü il tarixinədək “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-hüquqi xidmət sektoru üzrə sədr müavini, “Konsaltinq-Az” MMC-də Baş direktorun müavini vəzifələrində çalışıb.

15.11.2013-cü il tarixindən 11.12.2020-ci il tarixinədək Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsində İnsan resursları sektorunun müdiri, Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini, İdarə müdiri vəzifələrində çalışıb. 11.12.2020-ci il tarixindən 14.09.2021-ci il tarixinədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsində çalışıb.

"Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi medalı" ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Ailəsi

Ailəlidir, iki övladı var. Bacısı Elvira Tağıyeva müəllimədir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Qızılqaya dağı

  • Mart 30, 2026

    Trapesiya

  • Mart 26, 2026

    Mahmud Kaşğari

  • Aprel 06, 2026

    Qızqala (dağ)

  • Mart 26, 2026

    İsmin hallanması

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst