Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rəşidə Bayar (türk. Reşide Bayar; 12 yanvar 1886, Bursa, Xudavəndigar vilayəti – 24 dekabr 1962, Ankara) — Türkiyənin 3-cü prezidenti Cəlal Bayarın həyat yoldaş

Rəşidə Bayar

Vikipediya, azad ensiklopediya
Rəşidə Bayar
Reşide Bayar
Türkiyə Respublikasının birinci xanımı
22 may 1950 27 may 1960
PrezidentCəlal Bayar
ƏvvəlkiMəvhibə İnönü
SonrakıMəlahət Gürsəl
Şəxsi məlumatlar
Doğum adı Reşide Refet
Doğum tarixi 12 yanvar 1886(1886-01-12)
Doğum yeri
Vəfat tarixi 24 dekabr 1962(1962-12-24) (76 yaşında)
Vəfat yeri
  • Ankara, Türkiyə
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Cəbəci Əsri qəbiristanlığı
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
Uşaqları
  • Nilufər Gürsoy

Rəşidə Bayar (türk. Reşide Bayar; 12 yanvar 1886, Bursa, Xudavəndigar vilayəti24 dekabr 1962, Ankara) — Türkiyənin 3-cü prezidenti Cəlal Bayarın həyat yoldaşı.

Həyatı

Rəşidə Bayar 12 yanvar 1886-cı ildə Bursada anadan olub. Atası İnegölün tanınmış və varlı şəxslərindən olan Refet Bəy olub. O, 1903-cü ildə gələcəkdə ardıcıl üç müddət prezident vəzifəsində çalışan Cəlal Bayarla evlənib. Rəşidə Bayarın Cəlal Bayar ilə evliliyindən Rəfii (1904-1940), Turqut (1911-1983) və Nilüfər (1921-2024) adlı üç övladı var idi. İlk övladı Rəfii revmatik ürək xəstəliyindən vəfat edib. Qızı Nilufər Gürsoy sonradan Türkiyənin məşhur filoloqu və siyasətçisi olub. O, 1965–1969, 1973–1980-ci illərdə parlamentdə çalışıb və Türkiyə Böyük Millət Məclisinin üzvü olub.

Rəşidə Bayarın həyat yoldaşı Cəlal Bayar 22 may 1950-ci ildə prezident seçildi. Bundan sonra Rəşidə xanım Türkiyənin birinci xanımı oldu. 1954 və 1957-ci illər seçkilərinin sonunda Cəlal Bayar yenidən prezident oldu və 27 May çevrilişinə (1960) qədər bu vəzifədə qaldı. Yalnız 27 May çevrilişindən sonra Rəşidə Bayar da titulunu itirdi.

Rəşidə Bayar 24 dekabr 1962-ci ildə İstanbuldan Ankaraya gedərkən qatarda infarkt keçirərək vəfat edib. O, Ankarada Cəbəci Əsri qəbiristanlığında dəfn edilib.

Üst