| Rəşid Məcidov | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 22 iyun 1908 |
| Doğum yeri | |
| Vəfat tarixi | 2 iyul 1970 (62 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Hərbi fəaliyyəti | |
| Döyüşlər |
|
| Təltifləri | |
Rəşid Əsəd oğlu Məcidov (22 iyun 1908, Bakı – 2 iyul 1970, Bakı) — Azərbaycan və Sovet hərbi xadimi, polkovnik, 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Brandenburq qapısı üzərində Sovet bayrağını dalğalandırmışdır.
Həyatı
Rəşid Əsəd oğlu Məcidov 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Sənaye və İqtisadiyyat Texnikumunda təhsil almışdır. 8 nömrəli yetimxanada tərbiyəçi və qabaqcıl pioner idi. Zaqafqaziya SFSR illərində Komsomol regional komitəsinin katibi seçilib. 1933-cü ilin noyabrından — Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin birinci katibi olmuşdur. Sonra Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirib. Daha sonra Qaradağ Rayon Partiyası Komitəsinin birinci katibi, Oktyabr rayon təşkilat komitəsinin birinci katibi və Yayımlama Komitəsinin sədri olmuşdur. Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri idi. Diviziyanın tərkibində Mozdokdan Berlinə qədər yol keçmişdir. 1945-ci il mayın 2-də Berlinin alınması zamanı Brandenburq qapısı üzərində SSRİ bayrağını dalğalandırmışdır.
Müharibədən sonra Gürcüstan SSR-də Vazianidə artilleriya alayı heyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Sonra Azərbaycan Milli Diviziyasının siyasi şöbəsinin rəhbəri olub. Bakının Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibi, Azərbaycan KP Mərkəzi Komitəsinin inzibati orqanları şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan SSR Ali Sovetinin III çağırışında deputat seçilmişdir.
Leykemiyadan əziyyət çəkən Rəşid Məcidov 1970-ci ildə vəfat etmişdir. 1970-ci ildə Bakıda yerləşən Fəxri Xiyabanda dəfn edilib.
Şəxsi həyatı
Rəşid Məcidov Mariya İvanova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Üç oğlu var. Onlardan ikisi Qarabağ müharibəsində iştirak edib. Böyük oğlu Vladislav xüsusi təyinatlılar qərargahının rəisi, Mikayıl isə Ağdamdakı hərbi sahə xəstəxanasında neyrocərrah idi.
Təltif və mükafatları
- "Qırmızı ulduz" ordeni — 1943
- 2 dəfə "Qırmızı bayraq" ordeni — 1944, 1945
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1944
- 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1945
- 22 iyunda doğulanlar
- 1908-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 2 iyulda vəfat edənlər
- 1970-ci ildə vəfat edənlər
- 62 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- "Qırmızı bayraq" ordeni ilə təltif edilənlər
- 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Dünya müharibəsi iştirakçıları
- Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibləri
- Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri
- Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibləri
- Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin VIII çağırış üzvləri
