Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəqsi hərəkət — hər hansı trayektoriya üzrə müəyyən zaman müddətindən sonra təkrarlanan hərəkətdir. Rəqsi hərəkət, əsasən, iki növdə olur: məcburi rəqslər və sə

Rəqsi hərəkət

  • Ana Səhifə
  • Rəqsi hərəkət

Rəqsi hərəkət — hər hansı trayektoriya üzrə müəyyən zaman müddətindən sonra təkrarlanan hərəkətdir. Rəqsi hərəkət, əsasən, iki növdə olur: məcburi rəqslər və sərbəst rəqslər. İcbari rəqs – periodik dəyişən xarici qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir. Sərbəst rəqslər-tarazlıq halından çıxarılmış sistemdə daxili qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir.

  • Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında əks istiqamətlərdə tamamilə və ya qismən təkrarlanan hərəkətidir. Başqa sözlə desək: Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında gah bu, gah da digər istiqamətdə yerdəyişməsidir.
  • Periodik hərəkət - bərabər zaman fasilələrindən sonra təkrarlanan hərəkətdir və iki növü var: fırlanma hərəkəti və rəqsi hərəkət.
  • Rəqs sistemi - rəqsi hərəkət icra edən cisim və ya cisimlər sistemidir.
  • Sərbəst rəqslər - tarazlıq vəziyyətindən çıxarıldıqdan sonra sistemdə yaranan rəqslərdir.
  • Məxsusi rəqs tezliyi - sistemi xarakterizə edən kəmiyyətlərlərdən asılı olan sərbəst rəqslərin tezliyinə deyilir.
  • Rəqs tezliyi - 1 san-dəki rəqslərin sayıdır, ν {\displaystyle \nu } {\displaystyle \nu } ilə işarə olunur, ölçü vahidi 1/san=1Hs (hers).

ν = N t {\displaystyle \nu ={\frac {N}{t}}} {\displaystyle \nu ={\frac {N}{t}}}

  • Rəqs periodu - bir tam rəqsə sərf olunan zamandır,T ilə işarə olunur və ölçü vahidi 1san-dir.

T = t N {\displaystyle \mathrm {T={\frac {t}{N}}} } {\displaystyle \mathrm {T={\frac {t}{N}}} }

  • Rəqs amplitudu A(Xm) - rəqs edən cismin tarazlıq vəziyyətindən uzaqlaşdığı ən böyük məsafədir, A ilə (və ya xm) işarə olunur və BS-də ölçü vahidi 1m (metr)-dir.
  • Yaylı rəqqas - yaydan asılmış yükdür.
  • Riyazi rəqqas - uzanmayan çəkisiz sapdan asılmış maddi nöqtədir.
  • Məcburi rəqs - sistemin itirdiyi enerjinin periodik dəyişən xarici qüvvələr hesabına bərpa olunması nəticəsində yaranan rəqslərdir.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Xızı rayonu

  • Aprel 05, 2026

    Andaman dənizi

  • Aprel 04, 2026

    Məhərrəm Haşımov

  • Mart 27, 2026

    Yozef Haydn

  • Mart 26, 2026

    Azıx mağarası

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst