| Rafael Cəbrayılov | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Cəbrayılov Rafael Kamil oğlu |
| Doğum tarixi | 28 dekabr 1958 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 30 sentyabr 2021 (62 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | Koronavirus xəstəliyi |
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Rafael Cəbrayılov (28 dekabr 1958, Qırmızıkənd, Neftçala rayonu – 30 sentyabr 2021, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış, IV çağırış və V çağırış deputatı.
Həyatı
1958-ci il dekabrın 28-də Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 10 kitabın və 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi.
Evli idi, 2 övladı var.
29 sentyabr 2021-ci ildə koronavirusdan ölmüşdür.
Fəaliyyəti
1985-ci ildən Sabirabad Rayon Prokurorluğunun müstəntiqi, baş müstəntiqi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğu Ümumi nəzarət idarəsinin prokuroru, rəis müavini, Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət idarəsinin, Mülki sahədə qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışmışdır. 2001–2002-ci illərdə Dəvəçi rayon prokurorunun, 2005-ci ildə Gədəbəy rayon prokurorunun köməkçisi olmuşdur.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin bitərəf deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olmuşdur. Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
50-dən artıq elmi-publisitik məqalənin müəllifidir.
- 28 dekabrda doğulanlar
- 1958-ci ildə doğulanlar
- Neftçala rayonunda doğulanlar
- 30 sentyabrda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- 62 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Bakı Dövlət Universitetinin məzunları
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Bioqrafik qaralamalar
- COVID-19 pandemiyasından Azərbaycanda vəfat edənlər
- Azərbaycan Milli Məclisinin III çağırış deputatları
- Azərbaycan Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Milli Məclisinin V çağırış deputatları
- XXI əsr Azərbaycan siyasətçiləri
