Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rahib Hidayət oğlu Abiyev (8 yanvar 1966, Həsənli, Astraxanbazar rayonu) — Azərbaycan texnika elmləri doktoru və professoru; Yakın Doğu Universitetinin kompüter

Rahib Əbiyev

Vikipediya, azad ensiklopediya
Rahib Əbiyev
Doğum tarixi 8 yanvar 1966(1966-01-08) (60 yaş)
Doğum yeri
Elm sahələri süni intellekt, qeyri-səlis məntiq, neyron şəbəkə
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Elmi adı
  • professor
İş yeri
  • Yaxın Şərq Universiteti[d]
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Rahib Hidayət oğlu Abiyev (8 yanvar 1966, Həsənli, Astraxanbazar rayonu) — Azərbaycan texnika elmləri doktoru və professoru; Yakın Doğu Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiri.

Həyatı

Əbiyev Rahib Hidayət oğlu 1966-cı il yanvarın 8-də Azərbaycan Respublikasının Cəlilabad rayonunun Həsənli kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (AzNKİ, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) daxil olub. 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1989-cu ildə ali məktəbi "Sənaye istehsal proseslərinin avtomatlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1990–1993-cü illərdə R. Əbiyev AzNKİ-nin avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasında aspiranturada oxuyub, aspiranturanı bitirəndən sonra AzNKİ-nin "İstehsalatı intellektual idarəetmə sistemləri" elmi-tədqiqat laboratoriyasında işə başlayıb. 1997-ci ildə R. Əbiyev namizədlik dissertasiyası müdafiə edib. Onun elmi işi məlumatların işlənməsinin yeni metodlarının yaradılması və texnoloji proseslərdə mövcud olan dinamik obyektlərin eyniləşdirilməsi və onlara nəzarət üçün qurğular yaradılmasında bu metodlardan istifadə əsasında hazırlanmışdı. Nəzarət qurğularının yaradılmasında süni intellekt elementlərindən, o cümlədən qeyri-səlis məntiq və neyron şəbəkələri nəzəriyyəsindən istifadə edilmişdi. Dissertasiya müdafiə edəndən sonra R. Əbiyev AzNKİ-nın avtomatlaşdırılmış idarə sistemlərinin kafedrasının assistenti kimi işləməyə başlayır.

Üst