Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ramin Namiq oğlu Quluzadə (1 fevral 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri (2021-ci ildən), Azərbaycan Respublikasının sabiq nəqliyyat

Ramin Quluzadə

  • Ana Səhifə
  • Ramin Quluzadə

Ramin Namiq oğlu Quluzadə (1 fevral 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri (2021-ci ildən), Azərbaycan Respublikasının sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (2016–2021).

Ramin Quluzadə
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri
Vəzifədədir
26 yanvar 2021-ci ildən
ƏvvəlkiOqtay Şahbazov
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
13 fevral 2017 – 26 yanvar 2021
Əvvəlkivəzifə təsis edilib
SonrakıRəşad Nəbiyev
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
15 yanvar 2016 – 13 fevral 2017
ƏvvəlkiƏli Abbasov
Sonrakıvəzifə ləğv edilib
Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
25 noyabr 2015 – 15 yanvar 2016
Əvvəlkiİltimas Məmmədov
SonrakıƏli Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1977(1977-02-01) (49 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət İqtisad İnstitutu (1993–1999)
Fəaliyyəti dövlət xadimi

Təltifləri "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ramin Namiq oğlu Quluzadə 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhəri Yasamal rayon 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş, həmin institutu 1997-ci ildə bakalavr, 1999-cu ildə isə magistr pillələri üzrə bitirmişdir.

Ramin Quluzadə 2005-ci ildən 2015-ci ilədək Heydər Əliyev Fondunda çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmiş və nazir vəzifəsini müvəqqəti icra etmişdir. 15 yanvar 2016-cı ildə həmin vəzifədən azad edilərək rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir. 13 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirildikdən sonra nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunmuşdur.

2021-ci ilin yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilmiş və Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 10 may 2014-cü il tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə və Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı medalı ilə təltif edilmişdir.

Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Biləsuvar (Azərbaycan)

  • Mart 27, 2026

    Vulkan

  • Aprel 08, 2026

    Alma (meyvə)

  • Mart 31, 2026

    Microsoft

  • Aprel 07, 2026

    Kerç boğazı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst