Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ramiz Məhəmməd oğlu Alıquliyev (20 mart 1961, Bərdə rayonu) — texnika elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü. Azərbaycan Res

Ramiz Alıquliyev

Vikipediya, azad ensiklopediya
Ramiz Alıquliyev
Doğum tarixi 20 mart 1961(1961-03-20) (65 yaş)
Doğum yeri
Elm sahəsi informasiya texnologiyaları
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Elmi adı
  • professor
İş yerləri
  • İnformasiya Texnologiyaları İnstitutu,
  • Azərbaycan Texniki Universiteti
Təhsili
  • Bakı Dövlət Universiteti
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları "Tərəqqi" medalı — 2014

Ramiz Məhəmməd oğlu Alıquliyev (20 mart 1961, Bərdə rayonu) — texnika elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü. Azərbaycan Respublikası, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri. Azərbaycan Texniki Universitetinin Data Elmi və Süni İntellekt İnstitutunun direktoru.

Həyatı

Ramiz Məhəmməd oğlu Alıquliyev 20 mart 1961-ci ildə Bərdə rayonunda anadan olmuşdur.

1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.

1983-1988-ci illərdə Kibernetika İnstitutuda (indiki İdarəetmə Sistemləri) mühəndis, 3-cü dərəcə mühəndis-konstruktor vəzifələrində çalışmışdır.

1988-2002-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda aparıcı konstruktor, aparıcı mühəndis, elmi işçi vəzifələrində işləmişdir.

2003-cü ildə İnformasiya Texnologiyaları İnstitutunda sektor müdiri vəzifəsinə işə qəbul edilmiş, 2004-cü ildən isə şöbə müdiri işləyir.

2023-cü ildən eyni zamanda Azərbaycan Texniki Universitetinin Data Elmi və Süni İntellekt İnstitutunun direktorudur.

Tədqiqat sahələri

Süni intellekt; data mining; big data analitika; təbii dil emalı (NLP); text mining; elektron dövlətin analizi; elmmetriya; təkamül və sürü intellekti alqoritmləri (evolutionary and swarm intelligence algorithms).

Elmi fəaliyyəti

  • 2000-2002-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda dissertanturada təhsil almışdır.
  • 2002-ci ildə Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki dissertasiya şurasında “01.01.02 (1211.01) – Diferensial tənliklər” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru) alimlik dərəcəsi almaq üçün “Cırlaşan ikinci tərtib elliptik tənliklərin həllərinin keyfiyyət xassələrinin tədqiqi” mövzusunda dissertasiya müdafiə etmişdir.
  • 2004-2009-cu illərdə İnformasiya Texnologiyaları İnstitutunda elmlər doktoru hazırlığı üzrə dissertant olmuşdur.
  • 2010-cu ildə Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunun nəzdindəki dissertasiya şurasında “05.13.01 (3338.01) – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Mətn tipli informasiyanın intellektual analizi üçün metodlar və alqoritmlər” mövzusunda dissertasiya müdafiə etmişdir.
  • 2017-ci ildə İnformatika ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
  • 2019-cu ildə birgə tədqiqatlar aparmaq üçün Avstraliya Federasiya Universitetinə dəvət olunmuşdur.
  • Rəhbərliyi altında 4 fəlsəfə doktoru hazırlanmışdır. Hazırda fəlsəfə doktoru hazırlığı üzrə 12 doktorant və dissertantın elmi rəhbəridir.

Elmi-ekspertiza fəaliyyəti

  • Jurnalların redaksiya heyətində üzvlük:

    - CAAI Transactions on Intelligence Technology
    - TWMS Journal of Pure and Applied Mathematics
    - International Journal of Decision Support System Technology
    - Problems of Information Technology
    - Problems of Information Society
    - Informatics and Control Problems
    - International Journal of Sensors, Wireless Communications and Control
    - Turkish Journal of Mathematics & Computer Science
    - Artificial Intelligence Evolution
    - Communications
    - Ukrainian Journal of Information Systems and Data Science

  • Web of Science və Scopus bazalarında indeksləşən 30-dan çox jurnalın rəyçisidir.
  • Beynəlxalq və respublika səviyyəli konfransların proqram və təşkilat komitələrinin üzvü olmuşdur.
  • İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının üzvüdür.

Elmi əsərlər və istinadlar

 - Google Scholar - Scopus - Web of Science - ORCID

Mükafatları

  • 2020-2026-cı illərdə Stenford Universitetinin (ABŞ) Scopus elmmetrik bazasının məlumatları əsasında hazırladığı süni intellekt sahəsində dünyanın ən yaxşı 2% alimlərinin reytinq siyahısında yer alıb.
  • 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
  • 2013-cü ildə məqaləsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirdiyi “3-cü birgə İKT üzrə mükafat müsabiqəsi”ndə ən yaxşı elmi işlərə görə 1-ci yerə layiq görülüb.
Üst