Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rasim Rza oğlu İsmayılov (13 iyul 1936, Bakı – 5 may 2004, Bakı) — Azərbaycan kinooperatoru, kinorejissor, ssenari müəllifi, kino rəssamı, Azərbaycanın əməkdar

Rasim İsmayılov

Vikipediya, azad ensiklopediya
Rasim İsmayılov
Rasim Rza oğlu İsmayılov
Doğum tarixi 13 iyul 1936(1936-07-13)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 5 may 2004(2004-05-05) (67 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Nadejda İsmayılova
Fəaliyyəti kinooperator[d], kinorejissor
Təhsili
  • Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu (1963)
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1976 Azərbaycan SSR Dövlət mükafatı — 1978 Azərbaycan LKGİ mükafatı
IMDb ID0411351

Rasim Rza oğlu İsmayılov (13 iyul 1936, Bakı5 may 2004, Bakı) — Azərbaycan kinooperatoru, kinorejissor, ssenari müəllifi, kino rəssamı, Azərbaycanın əməkdar incəsənət xadimi (1976).

Həyatı

Rasim İsmayılov 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub. 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlamışdır. 1958–1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb. 1963–1978-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. ADMİU-nun baş müəllimi olmuşdur.

5 may 2004-cü ildə vəfat edib.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976
  • Azərbaycan SSR Dövlət mükafatı — 1978 ("Sevinc buxtası" bədii filminə görə)

Filmoqrafiya

  • Adi əhvalat (film, 1991)
  • Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-quruluşçu operator
  • Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-ssenari müəllifi, quruluşçu rejissor
  • Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-quruluşçu rejissor, quruluşçu operator
  • Arxada qalmış gələcək (film, 2004)
  • Arzu yolu ilə (film, 1964)
  • Asif, Vasif, Ağasif (film, 1983)
  • Babək (film, 1979)
  • Cazibə qüvvəsi (film, 1964)
  • Daha iki nəfər (film, 1965)
  • Danışan işıqlar (film, 1965)
  • Dədə Qorqud (film, 1975)
  • Dörd bazar günü (film, 1975)
  • Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  • Fransa qəhrəmanı (film, 1975)
  • Gün keçdi (film, 1971)
  • Xoşbəxtlik qayğıları (film, 1976)
  • İşgüzar səfər (film, 1982)
  • Kinorejissor Arif Babayev (film, 2000)
  • Qırmızılar, qaralar və başqaları (film, 1969)
  • Mahnı qanadlarında (film, 1972)
  • Mavi ekranın yolları (film, 1966)
  • Məndə sığar iki cahan... (film, 1973)
  • Möcüzələr adası (film, 1978)
  • Nabran (film, 1975)
  • Nəsimi (film, 1973)
  • Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012)
  • Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)
  • Sevil (film, 1970)
  • Sevinc buxtası (film, 1977)
  • Səs (film, 1993)
  • Sizi dünyalar qədər sevirdim (film, 1985)
  • Şəhərin ritmləri (film, 1964)
  • Şəhərlərin dostluğu (film, 1978)
  • Şir evdən getdi (film, 1977)
  • Tələ (film, 1990)
  • Torpaq dəniz od səma (film, 1967)
  • Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
  • Yeddi oğul istərəm... (film, 1970)
  • Yenilməz batalyon (film, 1965)
Üst