Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rasim Məhəmməd oğlu Əliquliyev (20 yanvar 1958, Bərdə rayonu) — texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vits

Rasim Əliquliyev

Vikipediya, azad ensiklopediya
Rasim Əliquliyev
Doğum tarixi 20 yanvar 1958(1958-01-20) (68 yaş)
Doğum yeri
Elm sahələri informasiya texnologiyaları, süni intellekt, ínformasiya təhlükəsizliyi
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Elmi adı
  • professor
İş yerləri AMEA-nın Rəyasət Heyəti Mərkəzi Aparatı, İnformasiya Texnologiyaları İnstitutu.
Təhsili
  • Azərbaycan Texniki Universiteti
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları "Şöhrət" ordeni"Tərəqqi" medalı — 2009, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rasim Məhəmməd oğlu Əliquliyev (20 yanvar 1958, Bərdə rayonu) — texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru.

Həyatı

  • Rasim Məhəmməd oğlu Əliquliyev 20 yanvar 1958-ci ildə Azərbaycan Respublikası Bərdə rayonunda anadan olmuşdur.
  • 1979-cu ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) "Elektron hesablayıcı maşınları" ixtisası üzrə bitirmişdir.
  • 1983–1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda "Avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisası üzrə aspiranturada təhsil almışdır.
  • 1979–1986-cı illərdə AEA Kibernetika İnstitutunda mühəndis, böyük mühəndis, komsomol katibi vəzifələrində çalışmışdır.
  • 1986-cı ildə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) Şöbəsinə köçürülmüşdür.
  • 1986–1997-ci illərdə AEA AİS Şöbəsində (1997-ci ildə AİS Şöbəsinin bazasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi – İTEM təşkil olunmuşdur) böyük mühəndis, aparıcı mühəndis, "Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi" layihəsinin baş mühəndisi, 1997-ci ildən İTEM-in baş mühəndisi-direktor müavini vəzifələrində işləmişdir.
  • 2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun (institut 2002-ci ildə İTEM-in bazasında yaradılmışdır) direktorudur.
  • 2013–2019-cu illərdə AMEA-nın akademik-katibi işləmişdir.
  • 2019-cu ildə AMEA-nın vitse-prezidenti seçilmişdir.
  • 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
  • 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.
  • 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur .

Ailəlidir: 1 qızı və 1 oğlu var.

Elmi fəaliyyəti

  • 2007-ci ildə "İnformatika" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
  • 2014-cü ildə "İnformatika" ixtisası üzrə AMEA-nın həqiqi üzvü (akademik) seçilmişdir.
  • Rəhbərliyi altında 6 elmlər doktoru, 39 fəlsəfə doktoru hazırlanmışdır. Hazırda 11 elmlər doktoru, 2 fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların elmi məsləhətçisi və rəhbəridir.
  • 2021–2024-cü,,, -ci illərdə Stenford Universitetinin (ABŞ) Scopus (Niderland) elmmetrik bazasının məlumatları əsasında hazırladığı süni intellekt sahəsində dünyanın ən yaxşı 2% alimlərinin reytinq siyahısına seçilib.

Elmi ekspertiza fəaliyyəti

  • Jurnalların redaksiya heyətində üzvlük:

– Applied and Computational Mathematics
– CAAI Transactions on Intelligence Technology
– Телекоммуникации
– Безопасность цифровых технологий
– Problems of Information Technology
– Problems of Information Society

  • İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədridir.

Elmi-təşkilati fəaliyyəti

  • Avropa Milli Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) Baş Assambleyasında Azərbaycanın nümayəndəsidir.

İctimai-siyasi fəaliyyəti

  • 2019-2025-ci illərdə AR İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının üzvü olmuşdur.
  • Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvüdür.
  • "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində Bədii Şuranın üzvüdür.
  • Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvüdür.
  • 2013-2018-ci illərdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.
  • Yeni Azərbaycan Partiyasının üzvüdür.

Elmi əsərləri və istinadlar

Google Scholar

Web of Science

Scopus

Üst