Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Reyms kafedralı (fr. Cathédrale Notre-Dame de Reims) — Fransanın Reyms şəhərində yerləşən qotik üslubda inşa edilən Roma-Katolik kafedralı. Reyms Arxeparxiyasın

Reyms kafedralı

49°15′14″ şm. e. 4°02′03″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Reyms kafedralı
Cathédrale Notre-Dame de Reims
Ölkə
  •  Fransa
Yerləşir Reyms
Tikilmə tarixi XIII əsr
Hündürlüyü 81 m
Rəsmi sayt cathedrale-reims.com
49°15′14″ şm. e. 4°02′03″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Reyms kafedralı (fr. Cathédrale Notre-Dame de Reims) — Fransanın Reyms şəhərində yerləşən qotik üslubda inşa edilən Roma-Katolik kafedralı. Reyms Arxeparxiyasının yepiskop kafedralı. Kafedral Müqəddəs Məryəmə həsr edilib və ənənəvi olaraq Fransa krallarının tacqoyma mərasimlərinin keçirildiyi yer olub. Reyms Kafedralı Qotik memarlığın ən mühüm əsərlərindən biri hesab olunur. İl ərzində təxminən bir milyon ziyarətçi qəbul edən kafedral, 1991-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

Kafedral kilsəsinin V əsrin əvvəllərində yepiskop Nikasius tərəfindən təsis edildiyi düşünülür. Təxminən bir əsr sonra, Reyms yepiskopu Müqəddəs Remi tərəfindən I Xlodviq burada xristianlıq mərasimi ilə vəftiz edilib. O, bu mərasimi qəbul edən ilk Frank kralı idi. Hazırkı Reyms Kafedralının tikintisi XIII əsrdə başlayıb və XIV əsrdə tamamlanıb. Yüksək Qotik memarlığının görkəmli nümunəsi olan kafedral, 1210-cu ildə yanğın nəticəsində məhv olan əvvəlki kilsənin yerində inşa edilib. Fransa İnqilabı zamanı az ziyan görmüş kafedralda, XIX əsrdə genişmiqyaslı bərpa işləri aparılıb. AbidəBirinci Dünya müharibəsi zamanı ağır ziyan göreb və XX əsrdə yenidən bərpa edilib. 1905-ci ildə kilsə və dövlətin ayrılması haqqında qəbul ediləndən sonra kafedral Fransanın dövlət mülkiyyətinə keçib. Lakin Katolik kilsəsi onun istifadəsi üçün müqavilə bağlayıb. Bərpa və qorunması üçün xərclər Fransanın dövlət büdcəsindən ödənilir.

Ədəbiyyat

Üst