Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Riqa körfəzi (latış. Rīgas jūras līcis‎ — Riqa dəniz körfəzi, est. Liivi laht — Liv körfəzi) — Latviya və Estoniya arasında və Baltik dənizin şərqində yerləşən

Riqa körfəzi

  • Ana Səhifə
  • Riqa körfəzi

Riqa körfəzi (latış. Rīgas jūras līcis‎ — Riqa dəniz körfəzi, est. Liivi laht — Liv körfəzi) — Latviya və Estoniya arasında və Baltik dənizin şərqində yerləşən körfəz. Dənizin qalan hissəsindən Estoniyaya məxsus olan Moonsund arxipelaqın adaları ayırır.

Riqa körfəzi
latış. Rīgas jūras līcis‎, est. Liivi laht
Ümumi məlumatlar
Tip Körfəz
Sahəsi 18100 km²
Dərin yeri 54 m
Orta dərinliyi 26 m
Tökülən çaylar Dauqava, Pyarnu, Lielupe, Qauya, Salatsa
Duzluluğu 4,5 ‰
Yerləşməsi
57°37′32″ şm. e. 23°35′05″ ş. u.HGYO
Ölkələr
  •  Estoniya
  •  Latviya
Akvatoriyası
  • Baltik dənizi
    Atlantik okean
Riqa körfəzi xəritədə
Riqa körfəzi
Riqa körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körfəzin ümumi sahəsi 18,1 min km², eni 137 km, maksimal dərinliyi isə 54 m.

Riqa körfəzin sahillində yerləşən əsas şəhərlər Riqa, Pyarnudu və Yurmaladı. Saaremma adasında qədim Kuressaare şəhəri vardır.

Körfəzin qərb sahilli "Liv" adlanır və qorunan mədəni zona sayılır.

Fiziki-coğrafi xüsusiyyətləri

Yayda suyun temperaturu 18 °C qədər qalxır, qışda 0-1° С qədər düşür, buna görə də körfəzin səthi dekabrdan aprelə qədər buzla örtülür. Duzluluğu 3,5—6 ‰.

Burada fırlanan cərəyanlar dövran edir, onların orta sürəti saniyədə 8 sm.

Körfəzə tökülən çaylar: Dauqava, Lielupe, Qauya, Salatsa, Pyarnu, Age, Svetupe, Roya və daha kiçik digər çaylar.

Duzluluğu

Baltik dənizinə daxil olan şirin sulu stok, onun həcminin iki faizını təşkil edir. Şimal dənizi ilə dar əlaqə olması deməkdir ki, su burada orta hesabla 30 il qalır. Bu iki xüsusiyyət Baltik dənizinin dünyanın ən böyük şor hovuzlarından birini etmək gücündədi. Riqa körfəzində Baltik dənizinin duzun orta konsentrasiyası vardır. Şirin suyun 0,5 promill konsentrasiyası var, dəniz suyunun isə təxminən 30 promill. Duz stratifikasiyasının qatı təxminən 70 metr dərinliyində yerləşir. Baltik dənizi İrbe boğazı vastəsi ilə Riqa körfəzinə birləşir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 10, 2026

    Sosialist Əmlakının Oğurlanmasına Qarşı Mübarizə İdarəsi

  • Mart 26, 2026

    Sumqayıt

  • Aprel 07, 2026

    Kiçik Ayaks

  • Aprel 02, 2026

    Qara dəniz

  • Aprel 09, 2026

    Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst