Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rizvan Sarı oğlu Babaşov (10 yanvar 1956, Şükürbəyli, Qaryagin rayonu) — Azərbaycan memarı, memarlıq namizədi, Azərbaycan Memarlar İttifaqının üzvü (1993).

Rizvan Qarabağlı

  • Ana Səhifə
  • Rizvan Qarabağlı

Rizvan Sarı oğlu Babaşov (10 yanvar 1956, Şükürbəyli, Qaryagin rayonu) — Azərbaycan memarı, memarlıq namizədi, Azərbaycan Memarlar İttifaqının üzvü (1993).

Rizvan Qarabağlı
Rizvan Sarı oğlu Babaşov
Doğum tarixi 10 yanvar 1956(1956-01-10) (70 yaş)
Doğum yeri
  • Şükürbəyli, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ
Elmi dərəcəsi
  • memarlıq namizədi[d]
İş yerləri
  • AMEA Memarlıq və İncəsənət İnstitutu (1990–)
Təhsili
  • Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (–1984)
Üzvlüyü
  • Azərbaycan Memarlar İttifaqı (1993–)

Mündəricat

Həyatı

Rizvan Qarabağlı 10 yanvar 1956-cı ildə Füzuli rayonunun Şükürbəyli kəndində anadan olub. 1973-cü ildə Şükürbəyli kənd orta məktəbini bitirib. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun memarlıq fakültəsini memar ixtisası üzrə bitirib.

1990-cı ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insititunda baş laborant vəzifəsində elmi faliyyətə başlayıb və həmin ildə institutun aspiranturasına daxil olub. 1994-cü ildə "Memar Kərbəlayi Səfixan yaradıcılığı və Qarabağın dini memarlığı" adlı namizədlik dissertasiyasını müdafiə edərək memarlıq namizədi elmi adına layiq görülüb.

Hazırda həmin institutda aparıcı elmi işci vəzifəsində çalışır və "Qarabağ memarlığı" adlı doktorluq mövzusu üzərində işləyir.

1993-cü ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.

Fəaliyyəti

Rizvan Qarabağlının işlədiyi layihələr əsasında Füzuli rayonu ərazisində "Şəhidlər xatirəsinə abidə" kompleksi, "Heydər parkı", Xırdalan şəhərinin məzarlığında "Seyid Əşrəf məqbərə-məscid memarlıq kompleksi", eləcə də müxtəlif yerlərdə bir çox yaşayış binaları inşa olunub.

Əsərləri

  • Memar Qəzənfər Əlizadə. Bakı: "İşıq", 1993
  • Memar-alim Şamil Fətullayev (monoqrafiya). Bakı: "Şur", 1994, 52 səh. ISBN 5-7094-0030-0
  • Memar Kərbəlayi Səfixan Qarabaği. Bakı: "Azərbaycan", 1995
  • Ömür yolu. Bakı: 1998, 80 səh. (həmmüəllif)
  • Elmin zirvələrində. Bakı: "Elm", 2004, 254 səh. ISBN 5-8066-1590-1
  • Qarabulaqdan Füzuliyədək. Bakı: Nurlan, 2004, 168 səh.
  • Архитектура Тауза. Баку: "Нурлан", 2009, 96 стр. (об. автор: С. Алигусейнли)
  • "Əsil insan". Bakı: "Nurlan", 2011, 288 səh.
  • "Qarabağda sənət və sənətkar" (monoqrafiya). Bakı: "Elm və təhsil", 2011. 280 səh. (Ənvər Çingizoğlu ilə birgə)
  • Akademik Sadıq Dadaşov. Bakı: Elm, 2015, 128 səh. ISBN 978-9952-495-79-9
  • Füzuli rayonunun memarlıq abidələri. Bakı: Nafta-Press, 2017, 252 səh.
  • Qarabağın memarlıq irsi. Bakı: "Gənclik", 2021, 352 səh. ISBN 978-8020-1915-8-5
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Xürrəmilər hərəkatı

  • Aprel 06, 2026

    Ağciyər venaları

  • Aprel 03, 2026

    Xlorid turşusu

  • Aprel 15, 2026

    Əbdürrəhman Mələk

  • Mart 28, 2026

    Əliağa Ağayev

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst