Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rişi Sunak (ing. Rishi Sunak; 12 may 1980, Sauthempton, Hempşir qraflığı) — Britaniya dövlət və siyasət xadimi. Birləşmiş Krallığın baş naziri (2022-2024), Brit

Rişi Sunak

Vikipediya, azad ensiklopediya
Rişi Sunak
ing. Rishi Sunak
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 79-cu baş naziri
25 oktyabr 2022 5 iyul 2024
MonarxIII Çarlz
ƏvvəlkiLiz Trass
SonrakıKir Starmer
Şəxsi məlumatlar
Doğum tarixi 12 may 1980(1980-05-12) (46 yaş)
Doğum yeri
Partiya
  • Mühafizəkarlar Partiyası
Təhsili
  • Stenford Universiteti (–2006),
  • Stenford Biznes Məktəbi[d]
Fəaliyyəti siyasətçi, Maliyyə analitiki, hökumət başçısı[d]
Uşağı 2
Dini hinduizm
Elmi fəaliyyəti
Elm sahəsi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət və siyasi sistemi, maliyyə
Elmi dərəcəsi
  • biznesin idarə edilməsi üzrə magistr (2006)
Təltifləri Queen Elizabeth II Platinum Jubilee Medal "Azadlıq" ordeni — 2024
rishisunak.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rişi Sunak (ing. Rishi Sunak; 12 may 1980, Sauthempton, Hempşir qraflığı) — Britaniya dövlət və siyasət xadimi. Birləşmiş Krallığın baş naziri (2022-2024), Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri (2022-2024).

Britaniya tarixində hind əsilli ilk baş nazir olmuşdur.

Erkən həyatı

Rişi Sunak 12 may 1980-ci ildə Sauthemptonda anadan olmuşdur. Onun atası dövlət səhiyyə sistemində ümumi praktik həkim olan Yaşvir Sunak, anası isə əczaçı Uşi Sunakın. Sunakın valideynləri pəncablı hindulardır və Şərqi Afrikadan Britaniyaya köçmüşdülər. Odur ki, onların valideynləri müstəmləkə dövründə Hindistandan Afrikaya köçmüşdülər.

Sunak orta təhsilini nüfuzlu özəl məktəb olan Vinçester Kollecində almışdır. O, 2001-ci ildə Oksford Universitetinin Linkoln Kollecini bitirmiş, burada fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil almışdır.

Şəxsi həyatı

Sunak dini inancına görə hindudur.

Üst