| Roza Cəlilova | |
|---|---|
| Doğum tarixi | 17 may 1929 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 19 noyabr 2025 (96 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Fəaliyyəti | xoreoqraf, baletmeyster |
| Fəaliyyət illəri | 1947–2025 |
| Mükafatları | |
Roza (Rozaliya) İsmayıl qızı Cəlilova (17 may 1929, Quba – 19 noyabr 2025, Səbail rayonu) — rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2007).
Həyat və yaradıcılığı
Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olmuşdur. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M. F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965–1975-ci illərdə isə qrupa rəhbərlik edib.
Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstəmişdir. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlamışdır.
Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-də, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində olmuşdur. Müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərinin yaradıcısı olmuşdur.
Ümumdünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova "Gülüstan" ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik etmişdir.
Uzun illər AR Mədəniyyət Nazirliyinin Elmi-metodik mərkəzində, Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Gimnaziyada, "Muğam Teatrında" fəaliyyət göstərirdi. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) rəqs ansamblın bədii rəhbəri vəzifəsində də çalışırdı.
2019-cu ildə Roza Cəlilovanın 90 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.
Roza Cəlilovanın bir oğlu və bir qızı var.
19 noyabr 2025-ci ildə Səbail rayonunda vəfat edib. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 fevral 1959
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 17 sentyabr 2007
- "Şöhrət" ordeni — 16 may 2019
- 17 mayda doğulanlar
- 1929-cu ildə doğulanlar
- Qubada doğulanlar
- 19 noyabrda vəfat edənlər
- 2025-ci ildə vəfat edənlər
- 96 yaşında vəfat edənlər
- Son bir ildə vəfat etmiş şəxslər
- Bakıda vəfat edənlər
- Yasamal qəbiristanlığında dəfn olunanlar
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə teatr xadimləri
- Azərbaycan balerinaları
- Azərbaycan xoreoqrafları
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri
- SSRİ xoreoqrafları
- Azərbaycan baletmeysterləri
- Azərbaycan rəqqasələri
- Azərbaycan Milli Konservatoriyasının müəllimləri
- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri