Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Roza Murtuza qızı Tağıyeva — Azərbaycan televiziya diktoru, Azərbaycan Respublikasının xalq artisti (1991).

Roza Tağıyeva

Vikipediya, azad ensiklopediya
Roza Tağıyeva
Doğum tarixi 1942(1942) (83–84 yaş)
Doğum yeri
Həyat yoldaşı
  • Rafiq Hüseynov
Fəaliyyəti diktor
Mükafatları 1-ci dərəcəli "Əmək" ordeni"Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı
"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1991 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1981

Roza Murtuza qızı Tağıyeva — Azərbaycan televiziya diktoru, Azərbaycan Respublikasının xalq artisti (1991).

Həyatı

Roza Murtuza qızı Tağıyeva 1942-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Atası Tağıyev Murtuza Allahverdi oğlu əslən Ağcabədinin Mehrablı kəndindəndir. Prokurorluq orqanlarında çalışdığından həmin illərdə Ağcabədidə, sonra isə Tərtər rayon Prokurorluğunda müstəntiq işləmişdir.

Roza Tağıyeva 1949-cu ildə Tərtər rayonunda orta məktəbin birinci sinfinə getmiş, orta təhsilini 1959-cu ildə tamamlamışdır. Elə həmin il Azərbaycan Dövlət Xarici Dillər Universitetinin (keçmiş Azərbaycan Dillər İnstitutunun) Rus dili fakültəsinə daxil olmuşdur. Ancaq orta məktəb illərindən həmişə tədbirlərdə bədii qiraətlə çıxış etməsi, natiqlik qabiiliyyəti gənc Rozanın həyat fəaliyyətini başqa səmtə yönəldir.

1962-ci ildə Azərbaycan Dövlət Teleradio Şirkəti tərəfindən keçiirilən diktor müsabiqəsində Roza Tağıyeva uğur qazanır. Ona görə də üçüncü kursdan diktor kimi Dövlət Televiziya və Radio Komitəsində işə qəbul olunur. Həmin vaxtdan bu vaxta kimi Roza Tağıyeva yenə də Azərbaycan Dövlət Teleradio Şirkəti ilə əməkdaşlıq edir.

Təltif və mükafatları

  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 4 may 1991[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 dekabr 1981[⇨]
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • 1-ci dərəcəli “Əmək” ordeni — 21 iyul 2025

Filmoqrafiya

  • Həsir (film, 1985)
  • Qabil (film, 2001)
  • Mədəniyyət salnaməsi (film, 2001–2004)
  • Bir ömrün xatirəsi (film, 2007)
  • Tanrı payım, telli sazım (film, 2007)
  • Xalqın aktrisası. Nəcibə Məlikova (film, 2015) 7. Qayınana (film, 1978) — Televizordakı diktor
Üst