Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rumıniyada yerləşən Transilvaniya və Banat adlı iki böyük tarixi vilayətdə macarlar da digər xalqlarla bərabər yerli əhali olaraq yaşayırlar. Rumıniyada yaşayan

Rumıniya macarları

Vikipediya, azad ensiklopediya
Rumıniya macarları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Rumıniya macarlarının nisbətini göstərən xəritə
Rumıniya macarları

Rumıniyada yerləşən Transilvaniya və Banat adlı iki böyük tarixi vilayətdə macarlar da digər xalqlarla bərabər yerli əhali olaraq yaşayırlar. Rumıniyada yaşayan əhalinin əhəmiyyətli bir hissəsini macarlar təşkil edir və ölkədəki macarların təxminən %96-sı məhz Transilvaniya və Banat vilayətlərində məskunlaşmışdır. Macarların Rumıniyada hər cür mədəni hüquqları mövcuddur; ana dilində təhsil, macar dilində radyo və televiziya proqramları, macar dilində qəzetlər, macar partiyaları, mədəniyyət qrupları və ehtiyac yarandıqda məhkəmələrdə öz ana dillərində vəkil tutmaq kimi çox müxtəlif pozitiv hüquqlara sahibdirlər.

İbtidai məktəbdən liseyin sonuna qədər macar dilində təhsil alan macarlar, bu müddət ərzində rumın dilini yaxşı öyrənmək üçün onu seçmə fənn statusunda tədris edirlər. Tırqu-Mureş, Kluj-Napoka və Timişoara şəhərlərində macar dilində təhsil verən üç universitet fəaliyyət göstərir.

Həmçinin bax

  • Macar Muxtar Vilayəti

Əlavə ədəbiyyat siyahısı

Üst