Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rza şah Pəhləvi (fars. رضا پهلوی‎; 15 mart 1878, Alaşt, Mazandaran ostanı – 26 iyul 1944, Yohannesburq, Transvaal[d]) — İran şahı (1925–1941), Pəhləvilər sülalə

Rza şah

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Rza şah Pəhləvi
fars. رضا پهلوی‎‎
az.-əski. رضا شاه پهلوی‎
maz. رضاشاء پهلوی
İran şahı
15 dekabr 1925 – 16 sentyabr 1941
ƏvvəlkiƏhməd şah Qacar
SonrakıMəhəmməd Rza Pəhləvi
İranın Baş naziri
28 oktyabr 1923 – 1 noyabr 1925
ƏvvəlkiHəsən Pirniya
SonrakıMəhəmmədəli Füruği (i. e.)
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1878(1878-03-15)
Doğum yeri
Vəfat tarixi 26 iyul 1944(1944-07-26) (66 yaşında)
Vəfat yeri
  • Yohannesburq, Transvaal[d], Cənubi Afrika İttifaqı
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Dəfn yeri
  • Rza Pəhləvinin mavzoleyi
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Həyat yoldaşları
  • Tacülmüluk (1916–1944),
  • Turan xanım Əmirsüleymani (1922–1923)
Uşaqları Oğulları: Məhəmməd Rza,
Qızları: Əşrəf, Şəms
Ailəsi Pəhləvilər
Dini şiəlik
Hərbi xidmət
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • İranda dövlət çevrilişi (1921),
  • Gilanın meşə Hərəkatı[d],
  • Simko Şəqaqi üsyanı (1918–1922),
  • Şeyx Xəzəl üsyanı,
  • Simko Şəqaqi üsyanı (1926),
  • Gövhərşad məscidi üsyanı,
  • İkinci Dünya müharibəsi
Rütbəsi

Təltifləri "Fəxri legion" ordeninin böyük xaçı "Katolik İzabella" ordeni "Fil" ordeni "Ağ qartal" ordeni "Ən müqəddəs müjdə" ali ordeni 1-ci dərəcəli "Şiri-Xurşid" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rza şah Pəhləvi (fars. رضا پهلوی‎; 15 mart 1878, Alaşt, Mazandaran ostanı – 26 iyul 1944, Yohannesburq, Transvaal[d]) — İran şahı (1925–1941), Pəhləvilər sülaləsinin banisi. Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını qurmuşdur. Onun qurduğu Pəhləvi rejimi sekulyarist, milliyyətçi, militarist və anti-kommunist rejimdir.

Doğumu

Rza şah Pəhləvinin doğum yeri, Savadkuh

Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olmuşdur. Atası Abbas Əli (1815–1878) Savadkuhda polkovnik idi. Anası Nüşafarin Zəhra Qafqazlı immiqrant idi. Rza Xanın babası Murad Əli Xan bir əsgər idi və 1848-ci ildə Herat mühasirəsində həyatını itirdi.

Murad Əli Xanın 7 oğlu var idi. İlk oğlu Çıraq Əli Tehranda yaşamış və orduda xidmət etmişdir. İkinci oğlu Nüsrətullah Xan Savadkuhda xidmət eləmiş və Rza Xanın əmisi ilə bir müddət çalışmışdır. Rza Xanın atası Abbas Əli Xan yeddinci oğlu idi.

Rza Xanın atası Abbas Əli Xan 1814-cü ildə Alaştda dünyaya gəlmişdir. Əfqan müharibəsində döyüşmüşdür. Rza Xan Albay Abbas Əli Xanın ikinci nikahından doğulmuşdur.

İslahatları

  • Mirzə Kuçik Han və digərlərinin çıxardığı qarışıqlığı susdurdu və İran Azərbaycanı və Gilan — Mazandaranda mərkəzi hökumətin gücünü oturtdu. O, kürd üsyanlarını basdı.
  • Xüsusilə Kaşan və Luristanda hökm sürən quldurları yoxdur etdi.
  • Ordunun birləşməsi və modernləşdirilməsi. Hərbi xidmətdən keçmək.
  • Xuzistanda ortaya çıxan hökumətin basdırılması, bölgənin İrana təkrar bağlanması.
  • Cənub-Şimal dəmir yolunun tikintisi.
  • Şəriət hakim yerinə məhkəmə sisteminin yaradılması. Kapitulyasiya qanunlarının ləğvi.
  • İran Milli Bankının qurulması və ingilis banklarının İran iqtisadiyyatındakı yerlərinin kiçildilməsi.
  • Dəniz və hava qüvvələrinin yaradılması.
  • İran pullarını xarici banklarda İrana aparmaq.
  • Gömrük qanunvericiliyinin aradan qaldırılması və gəlirlərin dövlət hesabına daxil edilməsi.
  • Ziraat Bankının təsisi.
  • Hat və Dress kodunu çıxarmaq.
  • Tütün və şəkər fabriklərinin ölkənin dörd bir yanında qurulması.
  • Təhsil sisteminin modernləşdirilməsi.

Həmçinin bax

  • Nüşafərin Ayrımlı
  • Tacülmüluk
Üst