Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rza Zərrab, Rza Sərraf (12 sentyabr 1983, Təbriz) — Cənubi azərbaycanlı iş adamı. Türkiyə sahibkarı.

Rza Zərrab

  • Ana Səhifə
  • Rza Zərrab

Rza Zərrab, Rza Sərraf (12 sentyabr 1983, Təbriz) — Cənubi azərbaycanlı iş adamı. Türkiyə sahibkarı.

Rza Zərrab
Doğum tarixi 12 sentyabr 1983 (42 yaş)
Doğum yeri Təbriz, İran
Vətəndaşlığı İran, Türkiyə
Həyat yoldaşları
Ebru Gündeş
(e. 2010; b. 2021)

Dilara Altıntop (e. 2015)
Uşağı 1
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti sahibkar, iş adamı
Fəaliyyət illəri 2004-cü ildən

Mündəricat

Həyatı

Rza Zərrab 1983-cü ildə Təbrizdə anadan olub. İran və Türkiyə vətandaşlığına sahibdir.

Fəaliyyəti

Rza Zərrab iş fəaliyyətinə 1996-cı ildən başlayıb. O, "Al Nafees Exchange" və "Al Salam Center Exchange" firmaları ilə Dubayda maliyyə sektorunda fəaliyyət göstərib.

Türkiyədəki fəaliyyətinə isə "Royal" dənizçilik şirkəti ilə başlayıb. 2008-ci il yanvarın 25-də əsası qoyulan şirkətin qurucuları Türkiyənin "Ticaret Sicil" qəzetində belə təqdim olunub: Rza Sərraf, Əhəd Xabaztamımı, Apdullah Həppani, Humayun Zatpəvər və Turqut Həppani.

Rza Zərrab Türkiyədə 2008-ci ildən fəaliyyət göstərir. İş adamı hazırda 10 müxtəlif istiqamətdə fəaliyyət göstərən Royal Holdinqin sahibidir. Qısa müddətdə fəaliyyətini genişləndirən şirkət 2010-cu ildə "Royal" Holdinq oldu. Moskvadakı "Radisson" oteli üçün "Royal" Dənizçilik şirkətinin istehsal etdiyi 5 lüks restoran gəmisi şirkətin ən böyük işlərindən biri sayılır.

Zərrab 3 milyon türk lirəsi verməklə Trabzonspor futbol klubunun sponsoru olmuşdu.

Ailəsi

Türkiyənin məşhur müğənnisi Ebru Gündeşlə ailə həyatı qurub. Bir övladları var.

Maraqlı olaylar

Azərbaycanlı estrada müğənnisi Elnur Hüseynovun O Səs Türkiyə müsabiqəsindəki iştirakının Rza Zərrab tərəfindən təşkil olunduğu və bununla da həyat yoldaşı Ebru Gündəşə hədiyyə etmək istədiyi ilə bağlı iddialar yayılıb.

17 dekabr 2013 istintaqı

Rıza Sarraf, 17 dekabr 2013 tarixində üç naziri oğlu ilə birlikdə rüşvət və qaçaqçılıq etdiyi iddiasıyla nəzarətə alındı. 21 dekabr tarixində məhkəmə AKP naziri Muammer Gülərin oğlu Barış Gülər və nazir Zəfər Çağlayan'ın oğlu Kaan Çağlayan ilə birlikdə həbs olunmasına qərar verdi. 28 fevral 2014-cü ildə alınan bir qərarla özü və eyni istintaqda nəzarətə alınan naziri uşaqları azad edildi.

19 mart 2016 istintaqı

19 mart 2016da Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində bank fırıldaqçılığın və quru pul ağlama yanında ABŞ-nin İrana yönəlik embarqosunu ləğv etmək ittihamları ilə göz altına alınmışdır.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 07, 2026

    Qəzvin şəhristanı

  • Mart 26, 2026

    Qurban İsmayılov

  • Mart 27, 2026

    Yaponiya şəhərləri

  • Aprel 05, 2026

    Məhəmməd Abdullayev

  • Aprel 06, 2026

    Əmircan (Suraxanı)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst