Rövşən Çingiz oğlu Nəcəf (9 aprel 1982, Bakı) – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti (fevral–iyul 2022), Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini (2020–2021), Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini (2020–2021), 3-cü dərəcəli dövlət müşaviri, Neftçidə Müşahidə Şurasının sədri.
| Rövşən Nəcəf | |
|---|---|
| |
Vəzifədədir | |
| 21 iyul 2022-ci ildən | |
| Əvvəlki | Rövnəq Abdullayev |
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti | |
Vəzifədədir | |
| 2 aprel 2024-cü ildən | |
| Əvvəlki | Rövnəq Abdullayev |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti | |
| 10 fevral 2022 – 21 iyul 2022 | |
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini | |
| 23 dekabr 2021 – 10 fevral 2022 | |
| Nazir | Mikayıl Cabbarov |
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini | |
| 11 fevral 2020 – 23 dekabr 2021 | |
| Nazir | Mikayıl Cabbarov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 9 aprel 1982 (43 yaş) |
| Doğum yeri |
|
| Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti (B) Kolumbiya Universiteti (M) |
Həyatı və təhsili
Rövşən Nəcəf 9 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirmişdir.
2007–2008-ci illərdə ABŞ-nin Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlamışdır.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Evlidir, 2 övladı var.
Əmək fəaliyyəti
- 2001-ci il – Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində çalışıb.
- 2003–2007-ci illər – Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.
- 2008–2009-cu illər – SOCAR-ın (ARDNŞ) Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.
- 2009–2010-cu illər – İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olub.
- 2010–2018-ci illər – "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.
- 2018-ci il 11 may– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.
- 2019-cu il 28 avqust– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.
- 2020-ci il 11 fevral– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini təyin edilib.
- Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC-də və "Təmiz Şəhər" ASC-də Müşahidə Şurasının sədridir.
- 2021-ci il 23 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini təyin edilib.
- 2022-ci il 10 fevral tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti təyin edilib.
- O, 2022-ci ildə İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilmişdir.
Rövşən Nəcəf 2024-cü il aprelin 2-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası prezidenti seçilib.
9 aprel 2025-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri təyin olunub.
