| Rüfət Şabanov | |
|---|---|
| | |
| Doğum tarixi | |
| Doğum yeri |
|
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı |
| Fəaliyyəti | rejissor |
| IMDb | ID5883315 |
Rüfət Şabanov (22 iyun 1922, Bakı – 4 avqust 1998) — Azərbaycan kinorejissoru.
Həyatı
Rüfət Şabanov 22 iyun 1922-ci ildə Bakıda anadan olmuşdur. 1945–1951-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1951–1957-ci illərdə Rus Dram Teatrında işləyib. 1957–1967-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında işləyib. Onun çəkdiyi "Xidmət lifti" filmi Tbilisidə keçirilən kino festivalında ən yaxşı rejissor işinə görə priz və diploma layiq görülüb. 1967–1977-ci illərdə "Azərbaycantelefilm"in baş rejissoru olmuşdur.
- Rejissor Fuad Şabanovun atasıdır.
- Aktrisa Elmira Şabanovanın həyat yoldaşıdır.
Filmoqrafiya
- Azərbaycanda sovet ədəbiyyatı günləri (film, 1975)
- Bakı (film, 1977)
- Bizim küçə (film, 1961)
- Dağıstan konserti (film, 1964)
- Dostluq himni (film, 1974)
- Əsl dost (film, 1959)
- Gəmi saatının sirri (film, 1983)
- Qaraca qız (film, 1966)(film, kinoalmanax)
- Matteo Falkone (film, 1960)
- Nizami Gəncəvi (film, 1980)
- On yeddi yaşlı oğlan (film, 1985)
- Romeo mənim qonşumdur (film, 1963)
- Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
- Şuşa (film, 1973)
- Şüvəlan gülləri (film, 1981)
- Talış meşələri (film, 1976)
- Uzaq sahillərdə (film, 1958)
Kateqoriyalar:
- 22 iyunda doğulanlar
- 1922-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 76 yaşında vəfat edənlər
- 4 avqustda vəfat edənlər
- 1998-ci ildə vəfat edənlər
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan kinorejissorları
- İkinci rejissorlar