Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rüstəm Şıxlinski (1878, Aşağı Salahlı, Qazax qəzası – 1920, Gəncə) — hərbçi. "Müqəddəs georgi" və "Müqəddəs Vladimir" ordenləri ilə təltif edilmişdir. General Ə

Rüstəm Şıxlinski

Vikipediya, azad ensiklopediya
Rüstəm Şıxlinski
Şəxsi məlumatlar
Doğum tarixi 1878(1878)
Doğum yeri
Vəfat tarixi 1920(1920) (41–42 yaşında)
Vəfat yeri
Təhsili
  • Tiflis Kadet Korpusu
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü artilleriya[d]
Rütbəsi
  • polkovnik
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Gəncə üsyanı
Təltifləri IV dərəcəli "Müqəddəs Anna" ordeni (üzərində “İgidliyə görə” yazısı ilə) IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınc və bantla birgə)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rüstəm Şıxlinski (1878, Aşağı Salahlı, Qazax qəzası1920, Gəncə) — hərbçi. "Müqəddəs georgi" və "Müqəddəs Vladimir" ordenləri ilə təltif edilmişdir. General Əliağa Şıxlinskinin qardaşı oğlu, Cavad bəy Şıxlinskinin qardaşı, yazıçı İsmayıl Şıxlının dayısıdır. İkinci Şıxlı kəndindəndir, Aşağı Salahlı kəndində anadan olub.

Həyatı

Şıxlinski Rüstəm bəy Məmməd ağa oğlu 1878-ci ildə Qazax qəzasının Qazaxlı kəndində dünyaya gəlmişdir. General-mayor Cavad bəy Şıxlinskinin qardaşı, general-leytenant Əli ağa Şıxlinskinin qardaşı oğludur. Qardaşı ilə birlikdə Tiflisdə zadəganlar üçün kadet korpusunda, sonra isə Peterburqda Mixaylov Topçuluq Məktəbində oxumuşdur.

Kareyerası

Rusiya İmperator Ordusunda

Hərbi təhsilini bitirdikdən sonra I Qafqaz Ordu Korpusunun 39-cu artilleriya briqadasında podporuçik rütbəsində xidmət etməyə başlamışdır. 1 yanvar 1909-cu ildə ştabs-kapitan olmuş, 1910-cu ildən I Qafqaz Ordu Koprpusunun atıcı-artilleriya bölməsində xidmət etməyə başlamışdır.

Birinci Dünya müharibəsində Qafqaz korpusunun artilleriya bölməsinin zabiti və tatar polkunun tərkibində iştirak etmişdir. Müharibədə göstərdiyi igidliyə görə müxtəlif medal və ordenlərlə mükafatlandırılmışdır. O, IV dərəcəli "Müqəddəs Anna", "Müqəddəs Georgi", IV dərəcəli "Müqəddəs Vladimir" ordenləri və "İgidliyə görə" medalı ilə mükafatlandırılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda

1917-ci ilin sonlarında Rüstəm bəy Azərbaycana geri döndü. Qafqaza geri döndükdən sonra Qafqazdakı cəbhənin komandanı general M. A. Prejevalskinin əmri ilə formalaşdırılmış Müsəlman Korpusunda xidmət etməyə başlamışdır. Bu korpusun komandanı Əliağa Şıxlinski idi. 1918-ci ilin yayında bu korpus ləğv edildi və yenicə Anadoludan gəlmiş dəstələrlə birlikdə formalaşdırılan Qafqaz İslam Ordusuna daxil edildi. Bu zaman polkovnik-leytenant rütbəsində olan Rüstəm bəy yeni yaradılmış ağır artilleriya taborunun komandanı təyin edildi. O, bundan sonra AXC Milli Ordusunda xidmətini davam etdirdi. 1918-ci ildə Ağdamda pulemyot bölüyünə məxsus hazırlıq məktəbi açılmış, miralay (polkovnik) Rüstəm bəy Şıxlinskinin idarəsi altında topçu hissəsi təşkil edilmişdir. Rüstəm bəy II dağ-artilleriya taboruna və 5 fevral 1919-cu ildən isə əlahiddə haubitsa taborunun komandanı təyin edildi. 28 fevralda o, polkovnik rütbəsinə yüksəldildi. Azərbaycan ordusuna daxil olan hərbçiləri peşəkarlıq səviyyəsini artırmaq, yeni vətəndaşları orduya cəlb etmək üçün yaradılmış Gizirlər Məktəbinə müxtəlif zamanlarda Şirin bəy, Aleksandr Çxeidze ilə birlikdə, Rüstəm bəy Şıxlinski də rəhbərlik etmişdir. O, burada topçu hissəsini təşkil etmişir.

Apreldə AXC bolşeviklər tərəfindən işğal edildi. 1920-ci ildə Gəncədəki may üsyanının fəal təşkilatçılarından olmuş və həmin il bolşeviklər tərəfindən güllələnmişdir.

Ailəsi

Həmçinin bax

  • Şirin bəy Kəsəmənli
Üst