Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rəhilə Əli qızı Orucova (25 sentyabr 1965, Ermənistan SSR – 11 may 1992, Şıxarx, Ağdərə rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. Şəhidlər Xiyaba

Rəhilə Orucova

Vikipediya, azad ensiklopediya
Rəhilə Orucova
Şəxsi məlumatlar
Doğum tarixi 25 sentyabr 1965(1965-09-25)
Doğum yeri
  • Ermənistan SSR, SSRİ
Vəfat tarixi 11 may 1992(1992-05-11) (26 yaşında)
Vəfat yeri
Dəfn yeri
Dəfn tarixi 13 may 1992
Təhsili
  • 1 nömrəli Bakı Tibb Kolleci
Hərbi fəaliyyəti
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi

Rəhilə Əli qızı Orucova (25 sentyabr 1965, Ermənistan SSR – 11 may 1992, Şıxarx, Ağdərə rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. Şəhidlər Xiyabanında dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçü.

Uşaqlıq dövrü və təhsili

Rəhilə Orucova 1965-ci il sentyabrın 25-də Göyçə mahalında anadan olmuşdur. 1973-cü ildən 1978-ci ilədək Ağstafa rayonunda oxumuş, oradakı təhsilini bitirdikdən sonra 1979-cu ildən 1981-ci ilədək təhsilini 109 nömrəli məktəbdə davam etdirmişdir.

1981-ci ildə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olmuş, texnukomu bitirdikdən sonra əvvəlcə Bakı Təcili Yardım xəstəxanasının reanimasiya şöbəsində, sonra isə Qədirli adına Baş Hövsə xəstəxanasında fəaliyyətə başlamışdır.

Döyüş yolu

Rəhilə Orucova Milli Orduya könüllü yazılmışdır. Ön cəbhədə həm könüllü tibb bacısı kimi, həm də sıravi əsgər kimi vuruşmuşdur. 1992-ci il mayın 11-də Ağdərə rayonunun Leninavan kəndi uğrunda döyüşdə şəhid olmuşdur. May ayının 13-də Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Burada dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçüdür.

Xatirəsi

1992-ci il sentyabr ayında 109 nömrəli məktəbə şəhid Rəhilə Orucovanın adı verilmişdir və həyətində büstü qoyulmuşdur.

Nizami rayonunda adına bulaq var.

Həmçinin bax

Məqalələr

Məqalə (1)

Məqalə (2)

Məqalə (3)


Üst