Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Atakişiyev R. M. oğlu 1948-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1963-cü ildə Cəfərli orta məktəbini, 1968-ci ildə BDU-nun geoloji coğrafiya fa

Rəhman Atakişiyev

  • Ana Səhifə
  • Rəhman Atakişiyev

Rəhman Atakişiyev Müseyib oğlu (1948, Cəfərli, İmişli rayonu – 2008) — coğrafiya elmlər namizədi.

Rəhman Atakişiyev
Rəhman Atakişiyev Müseyib oğlu
Doğum tarixi 1948
Doğum yeri Cəfərli, İmişli rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2008 (59–60 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Müseyib Atakişiyev
Milliyyəti azərbaycanlı
İxtisası geologiya
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti 1968-2008
Elmi dərəcəsi
  • coğrafiya elmləri doktoru

Mündəricat

Həyatı

Atakişiyev R. M. oğlu 1948-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1963-cü ildə Cəfərli orta məktəbini, 1968-ci ildə BDU-nun geoloji coğrafiya fakültəsinin geologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi fəaliyyəti

1968–1970-ci illərdə Rusiya Federasiyasının Başqırdıstan respublikasında mühəndis geoloq işləmişdir. 1972–1973-cü illər ərzində AMEA Geologiya İnstitutunda işləmiş, 1973–75-ci illərdə həmin institutun aspirantı olmuşdur. 1975-ci ildən hal-hazıra qədər AMEA Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsində işləyir. 2006-cı ildə "Orta Kür çökəkliyinin Üst Pliose – Pleystosendə paleocoğrafiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, Dördüncü Dövrün paleocoğrafiyasını öyrənilməsi sahəsində fəaliyyət göstərir. Onun əsas elmi əsərləri Azərbaycanın, o, cümlədən Kür çökəkliyinin iqliminin və landşaftının təkamül qanunauyğunluqlarının aşkar edilməsinə, təbii şəraitin bərpasına həsr edilmişdir. Atakişiyev R. M. "SSRİ-nin Üst Aliosen-Pleystosenin paleocoğrafiyası" atlasının müəlliflərindən biri olmuşdur. O, ilk dəfə olaraq orta Kür çökəkliyində Xəzər yaşlı filin bivini (dişini) və digər sümük qalıqlarını tapmışdır. Paleocoğrafiya elminin ayrı-ayrı sahələrinə aid 45-dən çox elmi məqalənin müəllifidir.

Həmçinin bax

  • Nadir Məmmədov (coğrafiyaçı)
  • Nəriman Vəliyev
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 14, 2026

    Kəlniyyət (jurnal)

  • Mart 26, 2026

    Fələstin

  • Aprel 07, 2026

    Fransa Akademiyası

  • Mart 29, 2026

    Dürzilər

  • Mart 26, 2026

    Mikayıl Abdullayev

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst