| Rəvan FK | |
|---|---|
| | |
| Klubun tam adı | Rəvan Futbol Klubu |
| Ölkə | |
| Ləqəb(lər) | "Aslanlar" |
| Rəng(lər) | qırmızı-sarı |
| Yaranma tarixi | 2007) |
| Stadionu | Bayıl stadionu |
| Tutumu | 5,000 |
| Baş məşqçisi | |
| Rəsmi saytı | |
"Rəvan" futbol klubu — fəaliyyətini dayandırmış Azərbaycan futbol klubu.
Tarixi
Rəvan futbol klubu 2007-cu ildə yaranıb, 2010-2011 mövsümündə Azərbaycan Birinci Liqasında ikinci yeri tutaraq Premyer-Liqaya vəsiqə qazanıb. 2011/2012 mövsümündə premyer-liqada debüt edib və 8-ci yeri tutub. Ev oyunlarını Dalğa Arena stadionunda keçirir. Klubun əsas məqsədi ilk altılığa düşmək və avrokuboklara vəsiqə qazanmaqdır. "Rəvan" 2011-ci ildə Azərbaycan 1-ci divizionunda gümüş medalını qazanmışdır. "Rəvan" FK 2011/12 mövsümündə Premyer Liqada debüt edərək, yekunda 8-ci yeri tutub. 2012/13 mövsümündə də Premyer Liqanı 8-ci pillədə başa vuran "aslanlar”, 2013/2014 mövsümünün yekunlarına əsasən, I diviziona düşmüşdür.
2014/2015-ci il mövsümündə I divizionun bürünc medallarını qazanan “aslanlar” Premyer Liqaya yüksəliblər.
"Rəvan" FK-nın ən böyük uğuru 2010/11 mövsümündə Azərbaycan I divizionunda gümüş medallara sahib çıxması və 2013/14 mövsümündə Azərbaycan kubokunun yarımfinalçısı olmasıdır.
- Əlifba sırasına görə futbol klubları
- 2007-ci ildə yaradılmış futbol klubları
- Rəvan Bakı FK
- 2009-cu ildə Azərbaycanda yarananlar
- Bakı futbol klubları
- 2017-ci ildə Azərbaycanda ləğv olunanlar
- Ləğv edilmiş Azərbaycan futbol klubları