Rəşad Ənvər oğlu Tağıyev (8 mart 1981, Neftçala rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı.
| Rəşad Tağıyev | |
|---|---|
| |
Vəzifədədir | |
| 14 sentyabr 2021-ci ildən | |
| Əvvəlki | Alimpaşa Məmmədov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 8 mart 1981 (45 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | dövlət xadimi, hüquqşünas, siyasətçi |
| | |
| Təltifləri | |
Həyat və fəaliyyəti
Rəşad Tağıyev 08.03.1981-ci ildə anadan olub.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində “Korporativ hüquq” üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
12.03.2003-cü il tarixindən 02.04.2007-ci il tarixinədək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.
02.04.2007-ci il tarixindən 08.11.2013-cü il tarixinədək “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-hüquqi xidmət sektoru üzrə sədr müavini, “Konsaltinq-Az” MMC-də Baş direktorun müavini vəzifələrində çalışıb.
15.11.2013-cü il tarixindən 11.12.2020-ci il tarixinədək Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsində İnsan resursları sektorunun müdiri, Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini, İdarə müdiri vəzifələrində çalışıb. 11.12.2020-ci il tarixindən 14.09.2021-ci il tarixinədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsində çalışıb.
"Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi medalı" ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
Ailəsi
Ailəlidir, iki övladı var. Bacısı Elvira Tağıyeva müəllimədir.
