Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rzayev Rəşid Səməndər oğlu (5 mart 1975, Bakı – 20 noyabr 2020, Bakı) Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006).

Rəşid Səməndər

  • Ana Səhifə
  • Rəşid Səməndər

Rzayev Rəşid Səməndər oğlu (5 mart 1975, Bakı – 20 noyabr 2020, Bakı) Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006).

Rəşid Səməndər
Rəşid Səməndər oğlu Rzayev
Digər adı Rəşid Rzayev
Doğum tarixi 10 avqust 1975
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 20 noyabr 2020 (45 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Səməndər Rzayev
Fəaliyyəti aktyor
Təhsili Azərbaycan Dövlət İncəsənət İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20062006

Mündəricat

Həyatı

Rəşid Səməndər 8 oktyabr 1975-ci ildə aktyor Səməndər Rzayevin ailəsində anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyorluq karyerasına başlayıb. N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A.Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi obrazları canlandırmışdır.

Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Rəşid Səməndər 20 noyabr 2020-ci ildə intihar etmişdir.

Ailəsi

Aktyor Səməndər Rzayevin oğludur.

Teatrşünas Rübabə Rzayeva nın qardaşıdır

Filmoqrafiya

  1. Qatil (film, 1994)
  2. Hacı Qara (film, 2002)
  3. Dəvətnamə (film, 2003)
  4. Tarixin şahidləri (film, 2003)
  5. Yumurta (film, 2003)
  6. Cavad xan (film, 2009)
  7. Dolu (film, 2012) - film səsləndirən: Drakon (Rza Rzayev )
  8. 8. Yarımçıq xatirələr (film, 2015) - film səsləndirən: Cavanşir (Rza Rzayev)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 05, 2026

    Beynəlxalq təşkilat

  • Mart 27, 2026

    Rum rəqəmləri

  • Aprel 05, 2026

    Qıpçaq dilləri

  • Aprel 06, 2026

    Dövlət xadimi

  • Aprel 02, 2026

    1 may

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst