Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Söyüdlü kəndi qədim tarixə malikdir. Burada VII–VIII əsrlərə aid Qız qalası, Qədim Albaniya dövrünə aid Mahrasa məbədi kimi abidələr mövcuddur.

Söyüdlü (Gədəbəy)

40°35′48″ şm. e. 45°50′15″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Söyüdlü
40°35′48″ şm. e. 45°50′15″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Söyüdlü xəritədə
Söyüdlü
Söyüdlü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SöyüdlüAzərbaycan Respublikasının Gədəbəy rayonunun Söyüdlü kənd inzibati ərazi dairəsində kənd.

Tarix

Söyüdlü kəndi qədim tarixə malikdir. Burada VII–VIII əsrlərə aid Qız qalası, Qədim Albaniya dövrünə aid Mahrasa məbədi kimi abidələr mövcuddur.

SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra kənd 1993-cü ildən Gədəbəy rayonunun tərkibində ərazi vahidi yaradılmış eyniadlı inzibati ərazi vahidində yerləşir.

2023-cü ilin iyununda bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün (qızıl mədəninin çökdürücü hövzəsi) tikintisinə müdaxilə edərək etiraz aksiyası keçirmişlər, nəticədə, polislərlə kəndlilər arasında qarşıdurma yaşanmışdır.

Toponimika

Kəndin keçmiş adı Mollahasanlı olmuşdur. Yerli məlumata görə, yaşayış obyektini əslən naxçıvanlı olan və bir müddət Türkiyədə yaşadıqdan sonra buraya köçmüş Kor Orucəli (ona görə də bu kəndə el arasında Korlar da deyilmişdir) və onun oğlu Molla Hasan köhnə kənd yerində salmışdır. XX əsrin əvvəllərində ətrafdakı Abdullauşağı, Qaraqoyunlu, Qurdulu və Mollalı adlı kəndlər də buraya köçmüş və öz adlarını məhəllə adlannda saxlamışlar. Oykonim kəndin salındığı yerdə söyüd ağaclarının olmasını əks etdirir.

Mədəniyyət

Söyüdlü kəndinin 1 ümumtəhsil məktəbi, 1 uşaq bağçası, 1 kitabxana və 1 mədəniyyət evi vardır.

Coğrafiya

Dağlıq ərazidə yerləşir. Gədəbəy rayonunun bir çox kəndlərində olduğu kimi Söyüdlü kəndində mineral bulaqlar çıxır.

Demoqrafiya

Söyüdlü kəndi bu günə qədər 300-dən çox müxtəlif sahələr üzrə alim, mütəxəssis və digər sənət sahibləri yetişdirib. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2882 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Üst