| Səbinə Əliyeva | |
|---|---|
| | |
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) | |
Vəzifədədir | |
| 30 noyabr 2019-cu ildən | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | Elmira Süleymanova |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 7 may 1980 (46 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | hüquqşünas |
| Atası | Yaşar Əliyev |
| Anası | Rəna Əliyeva |
| Həyat yoldaşı | |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
Səbinə Yaşar qızı Əliyeva (7 may 1980, Bakı) — Azərbaycan hüquqşünası, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) (2019-cu ildən), Asiya Ombudsman Assosiasiyasının vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin üzvü.
Həyatı
Səbinə Yaşar qızı Əliyeva 1980-ci il mayın 7-də Bakı şəhərində ictimai-siyasi xadim, diplomat Yaşar Əliyevin ailəsində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 №-li tam orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almış, 2000-ci ildə buranı bakalavr pilləsi üzrə, 2002-ci ildə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirmişdir. 2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil almışdır. 2016-cı ildə "Beynəlxalq hüquq; İnsan hüquqları" ixtisası üzrə "Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası" mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Səbinə Əliyeva 2000-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən isə aparat rəhbərinin müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2016-cı il tarixli Sərəncamı ilə ona 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Ombudsman vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilmişdir.
Səbinə Əliyeva bir sıra beynəlxalq konfranslarda, o cümlədən Çin, Avstriya, Böyük Britaniya və Yunanıstanda keçirilən simpoziumlarda iştirak etmişdir. MDB-nin Parlament Assambleyasının xüsusi kurslarını bitirmişdir. Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təşkil olunmuş Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının "Söz və toplaşmaq azadlığı" mövzusunda keçirilən yay məktəbinin iştirakçısı olmuşdur. Almaniya Federativ Respublikasında "Hüquqi transformasiya naminə hüquqi dialoq" adlı təlimlərdə, Fransanın Sarbon Biznes Məktəbində "Liderlik və strateji idarəçilik bacarıqları" adlı seminarda iştirak etmişdir.
Rus və ingilis dillərini bilir. Bitərəfdir.
Səbinə Əliyeva Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972) Qurban Sultanovun nəvəsidir. Deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. İki övladı var.
Dövlət təltifləri
Səmərəli dövlət qulluğu və ictimai fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif illərdə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı, həmçinin "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı və digər ведомственные nümayiş etdirən fəxri nişan və medallarla təltif olunmuşdur.
27 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı medalı ilə, 29 dekabr 2020-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə, həmçinin "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı və digər fəxri nişan və medallarla təltif edilmişdir.
Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası
Hüquq elmləri üzrə fəlsəfə doktoru S.Y.Əliyevanın 2019-cu ildə çap olunan "Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası" adlı monoqrafiyasında müvafiq beynəlxalq hüquq normaları və milli qanunvericilik aktları, bu sahədə meydana çıxan fikir müxtəlifliyinin geniş təhlili əsasında əlillərin hüquqlarına dair beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası ilə bağlı müddəaları müəyyənləşdirmiş, eləcə də mövcud boşluqların aradan qaldırılması məqsədilə beynəlxalq və dövlətdaxili səviyyədə tənzimetməyə ehtiyacı olan istiqamətlər üzrə yeni normaların qəbulu ilə bağlı təklif və tövsiyələr irəli sürmüşdür. Monoqrafiyanın elmi redaktoru hüquq elmləri doktoru, professor Ə.İ.Əliyevdir.
Monoqrafiyanın materialları və müddəaları beynəlxalq hüquqla milli hüquq sisteminin (Azərbaycan Respublikasının milli qanunvericiliyi kontekstində) qarşılıqlı əlaqəsi baxımından gələcək elminəzəri araşdırmalar üçün də əsas baza rolunu oynaya bilər. Eyni zamanda, monoqrafiyadan insan hüquqları, konstitusiya hüququ, əmək hüququ və s. istiqamətlərdə tədris prosesində geniş istifadə oluna bilər.
- 7 mayda doğulanlar
- 1980-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunları
- Hüquq üzrə fəlsəfə doktorları
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edilənlər
- "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın qadın siyasətçiləri
- Ombudsman
- Bakı şəxsləri
- Azərbaycanın qadın alimləri