Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəhrəmanova Sədaqət Məmmədyar qızı — Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

Sədaqət Qəhrəmanova

  • Ana Səhifə
  • Sədaqət Qəhrəmanova

Qəhrəmanova Sədaqət Məmmədyar qızı — Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

Sədaqət Qəhrəmanova
Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı
1995 – 2005
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Vəzifədədir
2005-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1949(1949-03-01) (77 yaş)
Doğum yeri
  • Şamxor, Şamxor rayonu, Azərbaycan
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi
Təltifləri "Əməkdə fərqlənməyə görə" medalı — 2017 "Şöhrət" ordeni — 2008 2-ci dərəcəli "Əmək" ordeni — 2019
Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu — 2017

Mündəricat

Həyatı

1 mart 1949-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonunda anadan olmuşdur.1966-cı ildə Əli-Bayramlı şəhər 2 saylı orta məktəbi bitirmişdir

1968–1971-ci illərdə Bakı Axşam Neft Texnikumunun Əli-Bayramlı filialını bitirib, iqtisadçı peşəsinə yiyələnmişdir.

1973–1977-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır.

Ailəlidir, 4 övladı var.

Əmək fəaliyyəti

Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır.

  • 1967–1970-ci illərdə Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə
  • 1970–1973-cü illərdə şəhər XDS icraiyyə komitəsində ümumi şöbənin müdiri
  • 1973-cü ilin fevral ayından sentyabr ayınadək Əli-Bayramlı şəhər Partiya Komitəsində təlimatçı
  • 1977–1978-ci illərdə şəhər Partiya komitəsində təlimatçı və şəhər Qarışıqmallar ticarət idarəsində rəis vəzifəsində işləmişdir.
  • 1978-ci ilin dekabr ayında Əli-Bayramlı şəhər Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir.
  • 1983-cü ilin dekabr ayında şəhər Xalq Nəzarət Komitəsinin sədri təyin olunmuşdur.
  • 1991-ci ilin iyun ayında Əli-Bayramlı şəhər Xalq Deputatları Sovetinin sədri seçilmişdir.
  • 1995-ci ilin sentyabr ayında Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısı təyin olunmuşdur.
  • 18 aprel 2005-ci ildə Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
  • 18.05.2005-ci il tarixindən Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini işləmişdir.
  • 2006-cı ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.

Mükafatları

  • 25 sentyabr 2008-ci il Dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
  • 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilmişdir.
  • 28 fevral 2019-cu il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub

Həmçinin bax

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Bəhreyn

  • Aprel 02, 2026

    Sovet Rusiyası

  • Aprel 09, 2026

    Skotia dənizi

  • Mart 26, 2026

    Hicri təqvim

  • Mart 26, 2026

    İslam peyğəmbərləri

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst