Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Səfərabad məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid Aprel işğalından sonra sökülüb, yerində isə park salınıb.

Səfərabad məscidi

40°40′59″ şm. e. 46°21′23″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Səfərabad məscidi
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Nizami və Qəmbər Hüseyinli küçələrinin kəsişməsi
Üslubu Arran memarlıq məktəbi
40°40′59″ şm. e. 46°21′23″ ş. u.HGYO
Xəritə

Səfərabad məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid Aprel işğalından sonra sökülüb, yerində isə park salınıb.

Haqqında

Səfərabad məscidi XX əsrin əvvəllərində Gəncə şəhərinin Səfərabad məhəlləsində tikilib. Məscidin tikintisi məhəllə sakinlərinin maliyyəsi ilə baş tutub. Məscid günbəzsiz və minarəsiz olub. Məscidin ilk axundu Hacı Yaqub Baratzadə olub.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Səfərabad məscidi də bu dövrdə ibadətə bağlanıb daha sonra isə sökülüb. Məscidlə yanaşı məscidin yanında yerləşən Səfərabad qəbiristanlığı da dağıdılıb. Sonradan məscidin və qəbiristanlığın yerində park salınıb.

Üst