Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səfəralı Məmmədov (16 oktyabr 1963, Masallı – 16 fevral 1992, Qaradağlı, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Səfəralı Məmmədov

  • Ana Səhifə
  • Səfəralı Məmmədov

Səfəralı Məmmədov (16 oktyabr 1963, Masallı – 16 fevral 1992, Qaradağlı, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Səfəralı Məmmədov
Səfəralı Qurban oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 16 oktyabr 1963
Doğum yeri Sərçuvar, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 fevral 1992 (28 yaşında)
Vəfat yeri Qaradağlı, Xocavənd rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Sərçuvar, Masallı rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Rütbəsi
Leytenant
Vəzifəsi taqım komandiri
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

Həyatı

16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirir və hərbi xidmətə çağırılır. 1983-cü ildə ordudan tərxis edilir. Krasnodar şəhərinə gələrək milis sisteminə daxil olur. 1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilir. Buranı leytenant rütbəsi ilə bitirən Səfəralı Qarabağa getmək istədiyini bildirir, ona Bakıda hava limanında iş təklif edilsə də, o, inadından dönmür. Subay idi.

Döyüşlərdə iştirakı

Səfəralı Məmmədov Ağdam rayonunda polis komandiri kimi döyüşlərə atılır. Sarışın olması, rus dilini səlis bilməsi ona ermənilər arasına təkbaşına getməsinə imkan verirdi. Səfəralı Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində onlarla ermənini girov götürmüşdü. 1992-ci il 16 fevral Səfəralının son döyüşü oldu. Faşist, azğınlaşmış erməni dəstələri Xocavənd rayonunun Qaradağlı kəndinə hücum edib insanları vəhşicə qətlə yetirib meyitləri silos quyularına atmışdılar. Səfəralının başçılıq etdiyi dəstə erməni yaraqlılarını məhv edərək irəliləyirdi, onun idarə etdiyi maşın qumbaratanla vuruldu qəlpələrdən bir neçəsi kəmərindəki əl qumbarasına dəydiyindən o, faciəli surətdə həlak oldu. Masallı rayonunun Sərçuvar kəndində dəfn edilib.

İrsi və xatirəsi

Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Milli Qəhrəman Səfəralı Məmmədova "Qəhrəman polis" adlı sənədli film həsr edilmiş və Masallı rayon Mədəniyyət mərkəzində təqdimatı olmuşdur.

Təltif və mükafatları

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Səfəralı Qurban oğlu Məmmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

  • (6 iyun 1992) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 207.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Hicri təqvim

  • Mart 27, 2026

    Avtomobil

  • Aprel 05, 2026

    Həmşivəng məbədi

  • Mart 26, 2026

    Təl-Əviv

  • Aprel 05, 2026

    ABŞ Konstitusiyası

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst