| Səfa Axundov | |
|---|---|
| Səfa Fətulla oğlu Axundov | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 19 iyun 1958 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 28 yanvar 1992 (33 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Vətəndaşlığı | |
| Atası | Fətulla Axundov |
| Hərbi fəaliyyəti | |
| Döyüşlər |
|
| Təltifləri | |
Səfa Fətulla oğlu Axundov (19 iyun 1958, Masallı – 28 yanvar 1992, Şuşa) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Səfa Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilir.
Ailəsi
Evli idi, iki oğlu yadigar qaldı.
Döyüşlərdə iştirakı

1987-ci ildə Riqada yaşayan Səfa Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 helikopterinə 2-ci pilot təyin edilir.
1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket helikopteri parçaladı. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuşdur.
Həmçinin bax
- Şuşa yaxınlığında Mi-8 vertolyotunun vurulması
Ədəbiyyat
- Əbədiyyət yolçuları //Səhər.- 1992.- 27 noyabr.- S.2.
- Əsgərov V. Axundov Səfa Fətulla oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.16–17.
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 27–28.
- Qəhrəmanın büstü açılmışdır: [Cəlilabadda] //Azərbaycan.-1996.- 15 may.-S.3.
- Mehdiyev S. Qorxmaz təyyarəçi //Odlar yurdu.- 1993.-11 fevral.- S.2.
- Səfərli M. Qəlblərdə yaşayır: [Şəhid təyyarəçi haqqında]//Azərbaycan.- 1998.- 11 iyul.- S.3.
- Süleymanov M. Sonuncu reys //Süleymanov M. Azərbaycanın səma şahinləri.- B., 1994.- S. 25.
- Şahmar E. İgidə el ağlayar //Şahmar E. Kövrək məhəbbətim Qubadlı.- B., 1994.- S.141–146.
- Zeynalov R. Axundov Səfa Fətulla oğlu: (1958–1992)//Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- B., 1996.-S.11.
- 19 iyunda doğulanlar
- 1958-ci ildə doğulanlar
- Masallıda doğulanlar
- 28 yanvarda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 33 yaşında vəfat edənlər
- Şuşada vəfat edənlər
- Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlər
- Azərbaycandakı helikopter qəzalarında ölənlər