Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Səyahət agentliyi - turistlərə turizm haqqında məlumat verən, turları təşkil edən, öz turlarını və digər səyahət agentliklərinin təşkil etdiyi turları satan şir

Səyahət agentliyi

Vikipediya, azad ensiklopediya
Tomas Kuk səyahət agentliyi

Səyahət agentliyi - turistlərə turizm haqqında məlumat verən, turları təşkil edən, öz turlarını və digər səyahət agentliklərinin təşkil etdiyi turları satan şirkətdir. Fərdlər və qruplar üçün səyahətlər, səfərlər və ekskursiyaları planlaşdırır, təşkil edir və həyata keçirir.

Tarixi

Müasir səyahət agentlikləri XIX əsrin ikinci yarısında ortaya çıxmışdır.1841-ci ildə Tomas Kuk Midland Railway şirkəti ilə müştərək olaraq agentliklər şəbəkəsi yaratdı. Onlar öz turlarından əlavə digər firmaların da xidmətlərini təklif edirdilər. Digər ilk Britaniya səyahət agentlikləri Dean & Dawson,, the Polytechnic Touring Association, və the Co-operative Wholesale Society agentlikləri idi. ABŞ-də ən yaşlı səyahət agentliyi Brownell Travel şirkətidir. Bu şirkət 4 iyul 1887-ci ildə Devonia adlı gəmi ilə 10 nəfəri Nyu-Yorkdan Avropaya yola saldı.

1920-ci illərdə ticari aviasiyanın inkişafı turizm agentliklərini də ön plana çəkdi.

Növləri

Türkiyə

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi səyahət agentliklərini 3 qrupa bölür :

  • A qrup - Bütün səyahət agentlikləri vəzifələrini yerinə yetirirlər.
  • B qrup - Beynəlxalq quru, dəniz və hava nəqliyyat vasitələri A qrupunun təklif etdiyi turların biletlərini satırlar.
  • C qrup - Yalnız Türkiyə vətəndaşları üçün ölkədaxili turlar təşkil edirlər.
Üst