Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sabir — Azərbaycan Respublikasının Şamaxı rayonunun Sabir qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Qəsəbə Sabir bələdiyyəsinə aiddir.

Sabir (Şamaxı)

40°35′11″ şm. e. 48°42′22″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Sabir
Sabir qəsəbəsi, Şamaxı rayonu, Azərbaycan, 2025-ci ilin sentyabr ayı
Sabir qəsəbəsi, Şamaxı rayonu, Azərbaycan, 2025-ci ilin sentyabr ayı
Sabir qəsəbəsinin yaxınlığında yerləşən Pirsaat Baba ziyarətgah-məscid kompleksi, 2022-ci ilin iyun ayı
Sabir qəsəbəsinin yaxınlığında yerləşən Pirsaat Baba ziyarətgah-məscid kompleksi, 2022-ci ilin iyun ayı
40°35′11″ şm. e. 48°42′22″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Dağlıq Şirvan iqtisadi rayonu
Rayon Şamaxı rayonu
Bələdiyyə Sabir bələdiyyəsi
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 3915 nəfər (2024)
Rəsmi dili
Sabir xəritədə
Sabir
Sabir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SabirAzərbaycan Respublikasının Şamaxı rayonunun Sabir qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Qəsəbə Sabir bələdiyyəsinə aiddir.

Toponimi

Bu qəsəbə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin şərəfınə adlandırılmışdır. Qəsəbənin adı memorial toponimdir.

Coğrafiyası

Sabir qəsəbəsi Azərbaycan Respublikasının Şamaxı rayonunda qəsəbədir, həmçinin Sabir qəsəbə inzibati ərazi dairəsinin mərkəzi. Sabir qəsəbə inzibati ərazi dairəsinə Çıraqlı kəndi də daxildir.

Qəsəbə rayon mərkəzindən — Şamaxı şəhərindən, 7 km cənub–şərqdə, Kürdəmir dəmiryol stansiyasından 79 km şimal–şərqdə Pirsaat çayının orta axını sol sahilində, Bakı–Şamaxı yolunun kənarında, Ləngəbiz silsiləsinin ətəyində yerləşir.

Tarixi

Yaşayış məntəqəsi 1960-cı ildə Qocamanbəyovların nəslinə mənsub yerdə üzümçülük sovxozunun təşkil edilməsi ilə əlaqədar orada çalışan fəhlələr üçün salınmışdı, sovxozun əhalisi isə əsasən Quşçu kəndindən gəlmiş ailələr hesabına artmışdır.

İqtisadiyyat və infrastruktur

Sabir qəsəbəsində tam orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana var Qəsəbədə 546 təsərrüfat var.

Əhalisi

1970 1979 1983 1989 2009 2024
1624 2225 2298 2760 3085 3915

Görməli yerlər

Pirsaat Baba ziyarətgah-məscid kompleksi Şamaxı şəhərinin girəcəyində, Mərzəndiyə kəndinin ərazisində, Sabir qəsəbəsinin yaxınlığında, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun kənarında yerləşir.

Üst