Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sabir bağı — Azərbaycanın paytaxtı Bakının skverlərindən biri. Şəhərin Səbail rayonunda yerləşir. Azərbaycanlı şair-satirik Mirzə Ələkbər Sabirin adını daşıyır.

Sabir bağı

40°22′07″ şm. e. 49°50′04″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Sabir bağı
Sabir bağı 2019-cu ildə
Sabir bağı 2019-cu ildə
Məlumatlar
Parkın tipi Şəhər parkı
Ölkə
  •  Azərbaycan
Yerləşməsi
  • Səbail rayonu
Koordinatları 40°22′07″ şm. e. 49°50′04″ ş. u.HGYO
Yaradılıb 1922
Statusu həmişə açıq
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sabir bağı — Azərbaycanın paytaxtı Bakının skverlərindən biri. Şəhərin Səbail rayonunda yerləşir. Azərbaycanlı şair-satirik Mirzə Ələkbər Sabirin adını daşıyır. Cənub tərəfdən skver İçəri şəhərin qala divarına söykənir, şimal tərəfində İstiqlaliyyət küçəsi, şərqində tərəfdən – Konstitusiya məhkəməsinin binası, qərbində isə, daha çox İsmailiyyə adı ilə tanınan, Azərbaycan Elmlər Akademiyasının prezidiumu yerləşir. Bağın mərkəzində həmçinin şairin heykəli ucaldılıb.

Tarix

Bağ 1922-ci ildə memar Ələsgərovun layihəsi əsasında "Kaspiy" tipoqrafiyasının yerində qurulub və şəhərin bu hissəsinin yaşıllaşdırılmasına təkan verib.

Skverin formalaşması mərhələlər ilə baş verib. 1922-ci ildə bağda, qala divarının yanında Sabirin heykəli ucaldılır (skulptor Yakov Keylixis, memar Sırişev). 50-ci illərdə skver olduqca genişlənir və onun ərazisi əlavə olaraq abadlaşdırılır və yaşıllaşdırılır.

Bağın görüntüsü (1924-cü il).
Solda – İsmailiyyə binası,
sağda – Aleksandr-Nevskiy soboru

Yeni yaşıllaşdırma strukturu və qala divarına açılan yeni mənzərə bütün məkanın bədii-memarlıq görünüşünü daha da qabardır. Bununla əlaqədar şairin yeni heykəlinin ucaldılmasında zərurət yaranır. Yeni heykəl (skulptor Cəlal Qaryağdı, memarlar Əlizadə və İsmayılov) 1958-ci ildə skverin layihə kompozisiyasının mərkəzində yerləşdirilir.

Skverin ətrafında bulunan tarixi memarlıq abidələri də mühüm komponent rolunu daşıyır. Skverin arxitektur-landşaft görkəmini almasında vacib rolu həmçinin yaşıllaşdırma və abadlaşdırma ilə bağlı həyata keçirilən rekonstruksiya tədbirləri oynayıb.

Üst