| Sabir bağı | |
|---|---|
![]() Sabir bağı 2019-cu ildə | |
| Məlumatlar | |
| Parkın tipi | Şəhər parkı |
| Ölkə |
|
| Yerləşməsi |
|
| Koordinatları | 40°22′07″ şm. e. 49°50′04″ ş. u.HGYO |
| Yaradılıb | 1922 |
| Statusu | həmişə açıq |
| Xəritədə yeri | |
![]() | |
Sabir bağı — Azərbaycanın paytaxtı Bakının skverlərindən biri. Şəhərin Səbail rayonunda yerləşir. Azərbaycanlı şair-satirik Mirzə Ələkbər Sabirin adını daşıyır. Cənub tərəfdən skver İçəri şəhərin qala divarına söykənir, şimal tərəfində İstiqlaliyyət küçəsi, şərqində tərəfdən – Konstitusiya məhkəməsinin binası, qərbində isə, daha çox İsmailiyyə adı ilə tanınan, Azərbaycan Elmlər Akademiyasının prezidiumu yerləşir. Bağın mərkəzində həmçinin şairin heykəli ucaldılıb.
Tarix
Bağ 1922-ci ildə memar Ələsgərovun layihəsi əsasında "Kaspiy" tipoqrafiyasının yerində qurulub və şəhərin bu hissəsinin yaşıllaşdırılmasına təkan verib.
Skverin formalaşması mərhələlər ilə baş verib. 1922-ci ildə bağda, qala divarının yanında Sabirin heykəli ucaldılır (skulptor Yakov Keylixis, memar Sırişev). 50-ci illərdə skver olduqca genişlənir və onun ərazisi əlavə olaraq abadlaşdırılır və yaşıllaşdırılır.

Solda – İsmailiyyə binası,
sağda – Aleksandr-Nevskiy soboru
Yeni yaşıllaşdırma strukturu və qala divarına açılan yeni mənzərə bütün məkanın bədii-memarlıq görünüşünü daha da qabardır. Bununla əlaqədar şairin yeni heykəlinin ucaldılmasında zərurət yaranır. Yeni heykəl (skulptor Cəlal Qaryağdı, memarlar Əlizadə və İsmayılov) 1958-ci ildə skverin layihə kompozisiyasının mərkəzində yerləşdirilir.
Skverin ətrafında bulunan tarixi memarlıq abidələri də mühüm komponent rolunu daşıyır. Skverin arxitektur-landşaft görkəmini almasında vacib rolu həmçinin yaşıllaşdırma və abadlaşdırma ilə bağlı həyata keçirilən rekonstruksiya tədbirləri oynayıb.
- Əlifba sırasına görə parklar
- Bakı parkları
- 1920-ci ildə Azərbaycanda yarananlar
