Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sadıqcanın evi — Şuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış binası. Merdinli məhəlləsində yerləşir. Sadıqcan təxəllüslü — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar

Sadıqcanın evi

39°45′44″ şm. e. 46°45′09″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Sadıqcanın evi
Sadıqcanın evi restavrasiya işlərindən sonra
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa şəhəri, Sadıqcan, 40
Aidiyyəti Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XIX əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti yararsız vəziyyətdə
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
DövlətAzərbaycan
RegionAvropa
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.362
Kateqoriyaimarət
ƏhəmiyyətiYerli əhəmiyyətli
39°45′44″ şm. e. 46°45′09″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sadıqcanın evi — Şuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış binası. Merdinli məhəlləsində yerləşir. Sadıqcan təxəllüslü — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən Mirzə Əsəd oğlu Sadıqın yaşadığı ev. İmarət tarzən Sadıqcanın nəvəsi Sadıqov Rəhim adına qeydiyyatdadır. Sadıqcanın evi 2026-cı il iyulun 11-də bərpadan sonra yenidən istifadəyə verilib. Ev-muzeydə Sadıqcanın həyat və yaradıcılığına, Azərbaycan milli musiqi irsinə və Şuşanın zəngin ədəbi-bədii mühitinə həsr olunmuş ekspozisiya sahələri, konsert zalı, muğam ekspozisiya otağı, həmçinin kafe, suvenir mağazası, qeydiyyat bölməsi və musiqi alətləri emalatxanası yaradılıb.

Tarixi

Sadıqcanın evi Şuşanın işğalından əvvəl

Mirzə Əsəd oğlu Sadıqın evi Şuşa şəhərində Merdinli məhəlləsində, hal-hazırda onun adını daşıyan Sadıqcan, 40 ünvanında yerləşir. Bina XIX əsrin memarlıq abidəsidir. Sadıqcan təxəllüslü Mirzə Əsəd oğlu Sadıq musiqiçi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkardır.

Sadıq Mirzə Əsəd oğlu 1846-cı ildə Şuşa şəhərində anadan olub. Ailələri maddi cəhətdən o qədər də imkanlı olmayıb, atası gözətçi işləyib. Musiqiçinin doğulduğu ev bir mərtəbəli idi və iki otaqdan ibarət idi. Daha sonra, Mirzə Sadıq şöhrət qazanarkən, Şuşanın ən yaxşı küçələrindən birində üç mərtəbəli bir ev tikdi və özü də bir neçə gün tikinti işində iştirak etmişdir.

Sadıqcanın evi Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir.

"Əbədiyyətin səsi"

Bərpası

Sadıqcanın evi Şuşa şəhərinin işğalı dövründə uzun müddət baxımsız qalıb, nəticədə dam örtüyündə, döşəmələrdə və daş hörgülərdə ciddi aşınma və dağıntılar baş verib. Tikilinin memarlıq elementlərinin bir hissəsi zədələnib, mühəndis-kommunikasiya sistemləri tamamilə yararsız vəziyyətə düşüb. Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı Sərəncama əsasən, Şuşa şəhərində Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə vəsait ayrılıb. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Şuşa şəhərində Sadıqcanın yaşadığı evə baxıblar. Bir il sonra dövlətimizin başçısı burada icra ediləcək işlərin layihə konsepsiyası ilə tanış olub və 2024-cü ildə bu tarix-memarlıq abidəsində bərpa işlərinə başlanılıb.

Sadıqcan

2026-cı il iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub. Aşılışı şəxsən prezident İlham Əliyev edib. Qeyd edək ki, Sadıqcanın zirzəmi və iki mərtəbədən ibarət ev-muzeyi Şuşa şəhərinin Sadıqcan küçəsində yerləşir. Sivri tağlı pəncərələr və giriş qapısının nisbətən iri daşlarla işlənməsi memarlıq baxımından binaya xüsusi gözəllik verir. Sadıqcanın ev-muzeyi ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısındadır. Ev-muzeydə Sadıqcanın həyat və yaradıcılığına, Azərbaycan milli musiqi irsinə və Şuşanın zəngin ədəbi-bədii mühitinə həsr olunmuş ekspozisiya sahələri, konsert zalı, muğam ekspozisiya otağı, həmçinin kafe, suvenir mağazası, qeydiyyat bölməsi və musiqi alətləri emalatxanası yaradılıb.

Sadıqcanın evində “Əbədiyyətin səsi” əsəri adlı abidə ucaldılıb. Bu heykəltaraşlıq əsəri Azərbaycanın milli musiqi aləti olan tarın rəmzi-bədii interpretasiyasıdır. Kompozisiyada tarın simlərindən doğan ağac obrazı musiqinin torpaqdan qaynaqlandığını, milli yaddaşdan güc aldığını və yenidən həyata çevrildiyini ifadə edir. Ağac forması kök, davamlılıq və dirçəliş ideyasını simvolizə edir. Əsər Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın zəngin mədəni irsinə ithaf olunub. Burada musiqi yalnız səs deyil, həm də milli kimliyin, ruhun və tarixi yaddaşın daşıyıcısı kimi təqdim edilir. Abidənin müəllifi Əməkdar rəssam Rəşad Mehdiyevdir.

Qalereya

Üst