Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Salam Müqtədir oğlu Aydınbəyov (1912, Bakı – oktyabr 1967, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və alimi, Azərbaycan SSR ticarət naziri (1953–1954), Dağıstan

Salam Aydınbəyov

Vikipediya, azad ensiklopediya
Salam Aydınbəyov
ləzg. Мугьаммад-Салам Абдул-Мухътедиран хва Айдунбегрин
Azərbaycan SSR ticarət naziri
18 aprel 1953 – 8 yanvar 1954
ƏvvəlkiHətəm Əhmədov
SonrakıŞəmsəddin Sultanov
Dağıstan MSSR Nazirlər Sovetinin sədri
dekabr 1948 – sentyabr 1951
ƏvvəlkiƏbdürəhman Daniyalov
SonrakıMəhəmməd Məcidov
ÜİK(b)P Dağıstan Vilayət Komitəsinin katibi
1946 – 1948
Birinci katibƏziz Əliyev
Azərbaycan Kommunist Partiyası Xaçmaz Rayon Komitəsinin birinci katibi
27 mart 1942 – 25 sentyabr 1942
Şəxsi məlumatlar
Doğum tarixi 1912(1912)
Doğum yeri
Vəfat tarixi oktyabr 1967(1967-10) (54–55 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1939–1967)
Fəaliyyəti siyasətçi
Atası Müqtədir Aydınbəyov
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 1944

Salam Müqtədir oğlu Aydınbəyov (1912, Bakı – oktyabr 1967, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və alimi, Azərbaycan SSR ticarət naziri (1953–1954), Dağıstan MSSR Nazirlər Sovetinin sədri (1948–1951)

Həyatı

Salam Aydınbəyov 1912-ci ildə inqilabçı Müqtədir Aydınbəyov ailəsində anadan olmuşdur. Atası inqilabi fəaliyyətinə görə əksinqilabçılar tərəfindən öldürülmüş, anasının himayəsində böyümüş və dövlət təqaüdü almışdır. 1926-cı ildə Zaqafqaziya Dəmir Yolu Azərbaycan SSR Yalama stansiyası natamam orta məktəbinin 5-ci sinfini bitirmişdir. 1927–1931-ci illərdə Dağıstan MSSR-in Dərbənd şəhərində əvvəlcə ikinci dərəcəli orta məktəbdə, sonra pedaqoji texnikumda təhsilini başa çatdırmış, orta pedaqoji təhsil işçisi diplomu almışdır.

Salam Aydınbəyov 1931-ci ilin sentyabrından 1932-ci ilin sentyabrınadək Yalama dəmir yolu natamam orta məktəbində müəllim işləmişdir. 1932-ci ilin sentyabrından 1935-ci ilin iyul ayınadək Bakı şəhərində Ali Kənd Təsərrüfatı Məktəbində oxumuş, təhsilini başa vurduqdan sonra, 1936-cı il sentyabr ayınadək Quba Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyat fənni üzrə müəllim işləmişdir.

1936-cı ilin sentyabrından 1937-ci ilin noyabrınadək Dağıstan MSSR Axtı rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1937-ci ildən 1939-cu ilin may ayınadək ÜİLKGİ Dağıstan Vilayət Komitəsində tələbə-gənclər şöbəsinin müdiri işləmişdir. Sonra Azərbaycan K(b)P MK-ya müraciət etməsi ilə əlaqədar Dağıstan Vilayət Partiya Komitəsinin qərarı ilə işindən azad olunaraq Bakıya göndərilmişdir. 1939-cu ilin oktyabrından Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.

1942-ci ildə Moskvada Ali Partiya Məktəbini bitirərək Bakıya qayıdan Salam Aydınbəyov Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin mətbuat və nəşriyyat üzrə bölməsinin müdiri vəzifəsinə yüksəlmişdir. Bir aydan sonra həmin vəzifədən azad edilmiş, Azərbaycan K(b)P Xaçmaz Rayon Komitəsinin birinci katibi təyin edilmişdir. 1942-ci ilin sentyabr ayında Dağıstana Əziz Əliyevin sərəncamına ezam olunanadək bu vəzifədə çalışmışdır. ÜİK(b)P MK yanında Ali Partiya Məktəbini[rus.] bitirdikdən sonra 1946-cı ildə ÜİK(b)P Dağıstan Vilayət Komitəsinin katibi seçilmiş, 1948-ci ildən 1951-ci ilədək isə Dağıstan MSSR Nazirlər Sovetinin sədri vəzifəsində işləmişdir.

1951-ci ildə Salam Aydınbəyov Azərbaycana qayıtmış, Azərbaycan KP MK-da şöbə müdirinin müavini, sonra isə Azərbaycan SSR ticarət naziri vəzifələrində çalışmışdır. 1954-cü ildək həyatının sonunadək Azərbaycan Tibb İnstitutunun siyasi iqtisad kafedrasının müdiri olmuşdur. Siyasi iqtisada dair 40-dan artıq elmi əsər, o cümlədən iki monoqrafiyanın müəllifidir.

Salam Aydınbəyov 1925-ci ildən ÜİLKGİ-nin, 1939-cu ildən ÜİK(b)P-nin üzvü olmuşdur. 2-ci çağırış Dağıstan MSSR Ali Sovetinin, 3-cü çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. "Lenin", "Qırmızı əmək bayrağı" ordenləri və medallarla təltif edilmişdir.

Salam Aydınbəyov 1967-ci ildə Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

Üst