| Salatın Əhmədli | |
|---|---|
| Salatın Alı qızı Əhmədova | |
| Doğum tarixi | 18 oktyabr 1956 (69 yaş) |
| Doğum yeri |
|
| Vətəndaşlığı | |
| Həyat yoldaşı | |
| Elm sahəsi | Azərbaycan ədəbiyyatı |
| İş yerləri |
|
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları | |
Salatın Alı qızı Əhmədova (18 oktyabr 1956, Poylu, Qazax rayonu) — Azərbaycan ədəbiyyatşünası, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru və dosentdir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, İLESAM-ın və YAP-ın üzvüdür.
Həyatı və təhsili
Əhmədova Salatın Alı qızı 18 oktyabr 1956-cı ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olmuşdur. 1974-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq və biblioqrafiya fakültəsini bitirib. Azərbaycan Memarlıq və İnşaat universitetində və Xətai adına kütləvi kitabxanada müxtəlif vəzifələrdə çalışıb. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri və dosenti vəzifəsində çalışır.
Fəaliyyəti
Salatın Əhmədli yaradıcılıq və ədəbiyyatın təbliğindəki xidmətlərinə görə “Qızıl qələm”, “Cəfər Cabbarlı”, QXC-nin “Əliağa Şıxlinski”, “Rəsul Rza”, “Səməd Vurğun” adına mükafatlara, İctimai Birliklərin fəxri diplomlarına layiq görülmüşdür. O cümlədən ona Türkiyə, İran, Gürcüstan Yazarlar Birliyinin, Almaniyanın N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun diplomları verilmişdir. Ukraynadakı Azərbaycan Konqresinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 2014-cü ildə Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və yayılması, gənclərin tolerantlıq və qarşılıqlı hörmət ruhunda tərbiyə olunması sahəsində göstərdiyi xidmətlərə görə Kiyev və bütün Ukraynanın Apostol Provoslav kilsəsinin “Apostol Andrey Pervozvannıy” ordeninə layiq görülmüşdür. Qarabağ müharibəsinin, Xocalı soyqırımının dünyada tanıdılması üçün əsərləri ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” layihəsinə qoşularaq, 17 hekayəsi ingilis, rus, türk dillərinə tərcümə edilərək AYB və Azərbaycan Xarici İşlər Nazirliyinin vasitəsilə dünyanın 55 ölkəsində yayılmışdır. Yaradıcılıq nailiyyətlərinə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Fəxri döş nişanı - Fəxri mədəniyyət işçisi və Beynəlxalq “Mahmud Kaşğari” medalına və diplomuna layiq görülmüşdür. Prezident mukafatçısıdır. Salatın Əhmədli Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. “Kitab evi” İctimai Birliyinin təsisçisi olub. 2010-2020-ci illər işlədiyi Azərbaycan Memarlıq və İnşaat Universiteti Qadınlar Şurasının sədri olub.
Elmi və ədəbi fəaliyyəti
Salatın Əhmədli 2010-cu ildə “Heydər Əliyevin dil siyasəti” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adını almışdır. Salatın Əhmədli yüzə qədər elmi, bədii- publisistik məqalələrin, çoxsaylı bədii, tarixi, publisistik, ensiklopedik kitabların müəllifidir. İndiyə qədər 35-dən çox kitab, 7 monoqrafiyası çap olunub. XVIII cildlik “Seçilmiş əsərləri” çap olunmuşdur.
2018-ci ildə “Azərbaycan ədəbi-bədii prosesi irsində Heydər Əliyev konsepsiyası” mövzusunda dissertasiya müdafiə edib.
II Qarabağ müharibəsinə həsr olunmuş “Zəfər bizim zəfərimizdir” (2024) və “Ağstafa-Qazax bölgəsinin izahlı dialektoloji lüğəti” (2024) kitabları Bakıda və Tehranda işıq üzü görüb.
Salatın Əhmədli eyni zamanda müəllim kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışır. 2013-cü ildən həmin universitetin Azərbaycan dili və pedaqogika kafedrasının kafedra müdiridir. 2 dərs vəsaitinin, bir proqramın müəllifidir. 5 dərs vəsaiti proqramının həmmüəllifidir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi münasibətilə “Təhsilin inkişafında göstərdiyi xidmətlərə görə” prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Əsərləri
Çap olunmuş ədəbi-bədii, elmi-nəzəri, publisist əsərləri.
- Salatın Əhmədli. Səfərnamə (I kitab). “MBM” (Min bir mahnı” nəşriyyatı). Bakı.2008. 256 səh.
- Salatın Əhmədli. Hüseyn Cavidin ev muzeyi . “Şirvannəşr”. Bakı. 2009. 168 səh.
- Salatın Əhmədli. Şeirimizin Nərimanı. “MBM” (Min bir mahnı” nəşriyyatı). Bakı. 2011. 272 səh.
- Salatın Əhmədli. Hər kim yüz il unutmasa. “Elm”, Bakı. 2011. 320 səh.
- Salatın Əhmədli. Analar köç edəndə. “Elm” Bakı. 2011. 310 səh.
- Salatın Əhmədli. Səfərnamə (II kitab). “MBM” (Min bir mahnı” nəşriyyatı.) Bakı.2012. 288 səh.
- Salatın Əhmədli. Heydər Əliyevin dil siyasəti. (monoqrafiya). Bakı, Bakı. Elm. 2013. 256 səh.
- Salatın Əhmədli. Heydər Əliyevin dil siyasəti. (rəsmi sənədlər) Bakı.Elm. 2013. 356 səh.
- Salatın Əhmədli. Heydər Əliyev və ədəbi-tarixi proses (monoqrafiya.). Bakı.Elm. 2013. 156 səh.
- S.Ehmetli. Analar köç ederken. Türkiye. Eskişehir.2013
- Salatın Əhmədli. Bir elatın dastanı-1. “Elm”. Bakı. 2013. 360 səh.
- Salatın Əhmədli. Yol gedir Naxçıvana-1. “Elm”. Bakı. 2013. 340 səh.
- Salatın Əhmədli. Soykökümüz, milli-mənəvi mədəniyyətimiz, tariximiz. (monoqrafiya). Bakı, SkyG, 2015
- Salatın Əhmədli. Sözlərin üslubi layları. (türk tələbələri üçün dərc vəsaiti). Bakı Elm və Təhisl. 2016.
- Salatın Əhmədli. Ana Qaynaq -Ulu kök (üslubi paralellərin müqayisəli təhlili) (monoqrafiya) Bakı, SkyG, 2016.
- Salatın Əhmədli. Başdaşı əhvalatı. Bakı, SkyG, 2016
- Salatın Əhmədli. Uçurulmuş sədlər (roman). Bakı, SkyG, 2016
- Salatın Əhmədli. Bir məhbusun gündəliyi (povest). Bakı, SkyG, 2016
- Salatın Əhmədli. Kişilik səngəri (roman) Bakı, SkyG, 2016
- Salatın Əhmədli. Sədaqət (povest). Bakı, SkyG, 2016
- Salatın Əhmədli. Keçid (povest. Bakı, SkyG, 2016
- Salatın Əhmədli. O dünyanın adamları (roman), Bakı, SkyG, 2016
- Salatın Əhmədli. Sənin böyük ürəyin (povest). Bakı, SkyG, 2016
- Salatın Əhmədli. Hökmü zaman verir (roman). Bakı, SkyG, 2016
- Salatın Əhmədli. Alın yazısı (povest). Bakı, SkyG, 2016
- Salatın Əhmədli. Seçilmiş əsərləri.I cild.Bakı, SkyG, 2016. 462 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. II cild. Bakı, SkyG, 2016. 465 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. III cild. Bakı, SkyG, 2016. 500 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. IV cild. Bakı, SkyG, 2016. 460 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. Vcild. Bakı, SkyG, 2016. 516 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. VI cild. Bakı, SkyG, 2016. 462 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri.VII cild. Bakı, SkyG, 2016. 469 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. VIII cild. Bakı, SkyG, 2016. 450 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. IX cild. Bakı, SkyG, 2016. 465 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. X cild.Bakı, SkyG, 2016. 445 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. XI cild. Bakı, SkyG, 2016. 500 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. XII cild. Bakı, SkyG, 2016. 515 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. XII cild. Bakı, SkyG, 2016. 500 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. XIII cild. Bakı, SkyG, 2016. 500 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. XIV cild. Bakı, SkyG, 2016. 500 səh.
- Azərbaycanın Qərb bölgəsi (Agstafa və Qazax) dialektinin izahlı sözlüyü. Bakı. 2024. Urmiyyə. Ülkər nəşriyyatı.
- Salatın Əhmədli. İsa Həbibbəyli: Milli ideologiya -azərbaycançılıq. Bakı, 2019, “Elm və təhsil”, 2021. 420 səh.
- Salatın Əhmədli. Azərbaycançılıq-milli ideal. Bakı, “Elm və təhsil”, 2021, 350 səh.
- Salatın Əhmədli. Tədqiqatçı ömrü. Bakı, “Elm və təhsil”, 2021, 472 səh.
- Salatın Əhmədli. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. (dərs vəsaiti). Bakı, SkyG. 2024. 390 səh.
- Salatın Əhmədli “Zəfər biizm zəfərimizdir”. (hekayələr). Bakı. SkyG, 2024. 256 səh.
- Salatın Əhmədli. Səfərnamə Səfərnamə (III kitab). “Bakı, SkyG, 2024. 260 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. XV cild. Bakı, SkyG, 2026. 500 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. XVI cild. Bakı, SkyG, 2026. 500 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. XVII cild. Bakı, SkyG, 2026. 500 səh.
- Salatın Əhmədli. Seçilmiş əsərləri. XVIII cild. Bakı, SkyG, 2026. 500 səh.
- Salatın Əhmədli. Rəşad Məcidin poetikası. (Monoqrafiya). Bakı. 2026. Ləman Nəşriyyatı. 350 səh.
Haqqında yazılan kitablar:
- Gülxani Pənah. S.Əhmədlinin yaradıcılığına ümumi baxış. (Monoqrafiya). Bakı. 2018. 422 s.
- Əli Rza Xələfli. DİLİMİZ, VARLIĞIMIZ. Bakı. “MBM nəşriyyatı. 2009. 160 səh.
- Əli Rza Xələfli. Sözün yeddi gözəli”. “Vətən” nəşriyyatı. Bakı. 2016 240 səh.
- Vüqar Əhməd. Salatın Əhmədlinin bədii publisistikası. Bakı. 2019. 172 səh.
Mükafatları:
- “Qızıl qələm” media mükafatı. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı. 2008
- “Cəfər Cabbarlı” diplomu
- “Əliağa Şıxlinski” diplomu. Qazax Xeyriyyə Cəmiyyəti.
- “Mahmud Qaşqarlı” ordeni. “Ümumtürk mədəniyyət və ədəbiyyatı qarşısında göstərdiyi böyük xidmətlərə görə. Mahmud Kaşqari adına Beynəlxalq Fond. 2018
- “Apostol Andrey Pervozvannıy” ordeni (Ukrayna)
- “Ustad sənətkar”. Diplom. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı.
- Fəxri mədəniyyət işçisi- Fəxri döş nişanı. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi. 2019
- Beynəlxalq “Mahmud Kaşğari” medalı və diplomu. 2020.
- “Tərəqqi” medalı. 2025
- 18 oktyabrda doğulanlar
- 1956-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Poyluda doğulanlar (qəsəbə, Ağstafa)
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri
- Bakı Dövlət Universitetinin məzunları
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- Azərbaycan Jurnalistlər Birliyinin üzvləri
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Azərbaycan filoloqları
- Azərbaycanlı filoloqlar
- Azərbaycan ədəbiyyatşünasları
- Azərbaycanlı ədəbiyyatşünaslar
- Azərbaycan dilçiləri
- Azərbaycanlı dilçilər
- Azərbaycan publisistləri
- Azərbaycanlı publisistlər